MƏDƏNİYYƏT
Lamuryö orkestri yeni mövsümü Azərbaycan incəsənət ustalarının çıxışı ilə açacaq
Bakı, 2 avqust, AZƏRTAC
Sentyabrın 13-də Lamuryö orkestri Parisin “Champs-Élysées” teatrında mövsümü, habelə “İpək və Od” (“De Soie et de Feu”) festivalını Azərbaycan incəsənət ustalarının çıxışı ilə açacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, orkestrə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək. Konsertdə kamançada Elşən Mansurov, tarda Malik Mansurov, fortepianoda Emil Əfrasiyab, Murad Hüseynov, skripkada Səbinə Rakçeyeva, Nəzrin Rəşidova çıxış edəcəklər.
Festivalın rejissoru Lamuryö orkestrinin yeni bədii rəhbəri Pyer Tillodur.
Konsertdə Ü.Hacıbəyli, P.Dyuka, Q.Qarayev, F.Əmirov, H.Xanməmmədov, V.Mustafazadə və P.Tilloyun əsərləri səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]