LƏNKƏRAN RAYONUNUN RVO ƏRAZİ İCRA NÜMAYƏNDƏLİYİNDƏ TOPLANTI KEÇİRİLMİŞDİR
Lənkəran, 24 yanvar (AZƏRTAC). Rayonun 8 kəndini əhatə edən Rvo ərazi icra nümayəndəliyində keçirilən toplantıda 2008-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Toplantıda Rvo kənd ərazi icra nümayəndəsi Oruc Şərbətov hesabat məruzəsi ilə çıxış etmişdir.
Ərazi icra nümayəndəliyində 1286 təsərrüfatın olduğunu diqqətə çatdıran məruzəçi, rayonun dağlıq ərazisində yaşayan 5074 nəfər əhalinin əsasən heyvandarlıq və əkinçilik sahələrində çalışdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, hesabat ilində Şovu və Əşlə kəndlərində 7 artezian quyusu istifadəyə verilmiş, Rvo kəndində yeni orta məktəbin tikintisinə başlanmış, ərazidə bir sıra yerli əhəmiyyətli sosial məsələlər öz həllini tapmışdır.
Hesabat yığıncağında çıxış edənlər 2008-ci ildə görülən işləri ətraflı təhlil etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Toplantıda Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mikayıl Hüseynov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak etmişlər.