MƏDƏNİYYƏT
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ilin ikinci rübünə həsr olunmuş hesabat yığıncağı keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16543439452999017379_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654343945540651053_1200x630.jpg)
Bakı, 4 iyun, AZƏRTAC
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ilin ikinci rübündə Lənkəran rayonu üzrə mədəniyyət evlərinin və klublarının fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun, mədəniyyət evləri və klublarının rəhbər işçilərinin iştirak etdiyi iclasda yarımil ərzində görülmüş işlər müzakirə edilib, növbəti aylar üzrə əsas prioritetlər müəyyən olunub.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən İdarənin rəisi Şahin Şahbazov mədəniyyət müəssisələrinin fəaliyyətlərinin müxtəlif aspektlərinə toxunaraq, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan, növbəti aylarda qarşıda duran vəzifələrdən danışıb.
Şahin Şahbazov müvafiq sahə üzrə cari ildə yeni mədəni kontent və keyfiyyətin yaradılması məqsədilə layihələrdən danışaraq, “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi çərçivəsində də tədbirlərinin uğurla icra olunduğunu diqqətə çatdırıb.
Hesabat yığıncağında Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktor əvəzi Habil Əliyev tabe qurumların fəaliyyətindən, görülən işlərdən və daha da inkişaf etdirilməsinin faydalarından danışıb.