İQTİSADİYYAT
“Ləyaqət hücrəsi” sənədli televiziya filminin çəkilişləri başa çatmışdır
Bakı, 21 oktyabr (AZƏRTAC). “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də “Ləyaqət hücrəsi” sənədli televiziya filminin istehsalı başa çatmışdır.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, film Xalq Yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edir.
Filmdə ədibin əsərlərinin kino və səhnə taleyinə geniş yer ayrılmışdır.
Filmin ssenari müəllifi İlham Rəhimli, rejissoru Tariyel Vəliyev, operatoru Mətləb Yaqubovdur.
Yeni ekran əsəri yaxın günlərdə AzTV-də nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:17]
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
- 27.04.2024 [11:00]