İQTİSADİYYAT
“Life Marketdən Bolluca Hədiyyələr” adlı stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.
QKDK-dan AZƏRTAC-a bildirmişlər ki, nəzarət tədbirləri nəticəsində “BELLFOOD” MMC tərəfindən “Life Market” ticarət şəbəkələrində “Life Marketdən Bolluca Hədiyyələr” adlı stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilmiş və lotereyanın dayandırılması barəsində göstəriş verilmişdir.