İQTİSADİYYAT
Litva şirkəti bankomatlardan təhlükəsiz istifadə üzrə yeni model xəttini təqdim edir
Bakı, 27 noyabr (AZƏRTAC). Litva Respublikasının “BS2” şirkəti “BakuTel-2011” 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyalarэ sərgisində “Wincor Nixdorf” şirkətinin “CINEO” avadanlığının yeni model xəttini təqdim edir.
Şirkətin satış üzrə direktoru Paulis Buçelis AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, “CINEO” bankomatlarının əsas üstünlükləri arasında ödəniş əməliyyatlarının sürətli emalı və banknotların tanınması üzrə ən yeni texnologiyanı göstərmək olar. Təhlükəsizlik səviyyəsini artırmaq üçün “CINEO” model sırasına yeni təhlükəsizlik funksiyaları, o cümlədən məlumatların bank kartından fırıldaqçılıq məqsədi ilə köçürülməsi əleyhinə modul quraşdırılmışdır.
Bundan əlavə, bütün “CINEO” bank avadanlığı “Cash Recycling” texnologiyasını, yəni nağd pulun daxili resirkulyasiyası imkanını dəstəkləyir.
Ölkəmizdə artıq 10 ildir fəaliyyət göstərən şirkət Azərbaycanın “Komtec” şirkəti ilə “BSKOM” birgə müəssisəsini yaratmışdır.