Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır - MÜSAHİBƏ VİDEO

Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır - MÜSAHİBƏ VİDEO

London, 13 may, Aytən Abbaslı, AZƏRTAC

Budəfəki müsahibimiz iki ildən çoxdur ki, Böyük Britaniyanın paytaxtı Londonda peyk şirkətində təhlükəsizlik əməliyyatları üzrə baş analitik vəzifəsində çalışan həmyerlimiz Lamiyə Məmmədovadır. Onun işlədiyi “Eutelsat OneWeb” şirkəti peyklər vasitəsilə dünyanın bir çox yerini internetlə təchiz edir.

AZƏRTAC Lamiyə Məmmədova ilə onun peyk şirkətindəki maraqlı işi haqqında müsahibəni təqdim edir.

- Çalışdığınız şirkət haqqında bizə məlumat verə bilərsinizmi? Sizdə bu sahəyə maraq necə yarandı?

- Hal-hazırda çalışdığım şirkət peyk vasitəsilə dünyanın bir çox məntəqəsini internetlə təchiz edir. Biz isə təhlükəsizlik departamenti olaraq əmin olmalıyıq ki, şirkət bunları edərkən heç bir kiberhücuma məruz qalmır. Hər şey təhlükəsiz şəkildə baş verir. Mən bu şirkətdə işə başlamadan öncə peyklərlə bağlı çox məlumatım yox idi. Hazırda peyk şirkətilə, peyklərin işləməsilə bağlı özümü daha məlumatlı hiss edirəm. Mənim bu sahəyə marağım universitetdə, bakalavr təhsili zamanı yarandı. Dördüncü kursda informasiya təhlükəsizliyi adlı bir dərsim olmuşdu. Bu dərsdə o qədər interaktiv şeylər edirdik ki, məndə maraq yarandı və qərar verdim ki, magistr dərəcəmi bu sahə üzrə alım, bu sahəni çox kəşf etmək istəyirdim.

- Hazırda şirkətdə gününüz necə keçir?

- Mənim vəzifəm analitik (analyst) olduğu üçün bu işin qoruma (defensive) hissəsindəyəm. Bizim bir günümüz monitorinqlə keçir, yəni şirkətin şəbəkəsini yoxlayırıq, əgər hər hansı bir anomaliya baş verərsə biz onlara dərhal ilkin reaksiyanı veririk. Ondan əlavə hər bir analitikin yan proyektləri olur ki, onlarla maraqlanırıq. Dünya trendlərini izləyirik ki, nələr baş verir. Bizim işimizdə “zero day” (sıfır gün) adlanan bir termin var. Yəni sistemdə hələ heç kimə məlum olmayan boşluq varsa və bizlər bu boşluqları tapmadan öncə hakerlər bu boşluqlardan istifadə edib sistemə sızarsa onda biz cəld düşünüb ən qısa müddətdə bu boşluğa bir həll yolu tapmalıyıq. İş günümüzdə belə şeylərlə də rastlaşa bilirik.

- İşinizin mənfi və müsbət cəhətləri nələrdir?

- Bu sahənin həm müsbət, həm də mənfi cəhəti çoxdur. Müsbət cəhət olaraq onu deyə bilərəm ki, bu sahə daim sizi oxumağa, dünya ilə ayaqlaşmağa vadar edir. Həmçinin bu peşə daim lazım olan bir peşədir. Ona görə də bu sahədə iş tapmaq şansı da böyükdür. Nə ilə məşğul olmağından asılı olmayaraq hər bir şirkətin kibertəhlükəsizlik üçün mütəxəssislərə ehtiyacı var. Ona görə bu bazarda imkanlar kifayət qədər çoxdur. Mənfi cəhətlərdən onu deyə bilərəm ki, bayramınız olmur. Çünki sizə gələ biləcək hücumların da bayramı və ya həftəsonu yoxdur. Adətən insanlar həftə sonları, qeyri-iş saatlarında dincəlirlər, hücum edənlər də bunu bilirlər. İstirahət vaxtlarında daha çox hücum edə bilirlər. Ona görə biz bayrama gedəndə də ehtiyatlı oluruq. Bundan əlavə bəzən elə olur ki, gecə belə işləməli oluruq. Bu isə insanları yora bilir. Bundan başqa, bu iş çox məsuliyyət tələb edir. Təzyiq altında işləməyi bacarmalısınız. Deyərdim ki, bəzən heç də hər şey yaxşı getmir. Hücumlar bizə hər yerdən gələ bilər, heç gözlənilmədən insident ola bilər. Bizim daim 7-24 gözümüz açıq olmalıdır, çünki hər an, hər şey baş verə bilər.

- Heç özünüz hücuma məruz qalmısınız, “heklənmisiniz”? Ümumiyyətlə, təkcə məşhurlar yox, adi insanlar da hücumlara məruz qalırlar. Bunlardan necə qorunaq?

- Mən özüm şəxsən “heklenməmişəm”. Amma olub ki, hər hansı bir avadanlıq, “software” “heklənib” və mənim orada hesabım olub. Mən ona görə həmişə əmin oluram ki, məndə iki faktorlu identifikasiya açıqdır. Şifrəmi bilən hər kəs hesabıma daxil ola bilmir, kimsə hesabıma daxil olduqda xüsusi əlavə mərhələlər lazım olur. Ümumiyyətlə heç kim kiberhücumlardan qorunmayıb, sığortalanmayıb. Hamı müəyyən dərəcə bəzi şeylər etməlidir ki, özünü internet aləmində təhlükəsiz hiss etsin. Mən insanlara məsləhət görərdim ki, e-poçtalarını yoxlayarkən çox diqqətli olsunlar. Fişinq hücum halları çox baş verir. Belə ki, sizə e-poçta göndərilir və linklər qoyulur. Hansı ki, bu linklər qeyri-qanuni veb-saytlara, bəzən də imitasiya dediyimiz, qanuni veb-saytların bir kopyası olan saytlara aparır. Sizdən ora kart məlumatlarınızı, şifrənizi daxil etməyinizi istəyir. Birinci növbədə sizə mesaj göndərən e-poçtanın adını yoxlayın. Bəzən görürük ki, e-poçtanın adı təsadüfi hərflər və rəqəmlərdən ibarət ola bilər. Onlardan uzaq durun. Sosial media hesablarınıza da iki faktorlu identifikasiya əlavə edin. Sabah kimsə sizin hesabınızı ələ keçirsə belə, siz artıq telefondan bildiriş alacaqsınız ki, kimsə buna cəhd edir.

- Bu şirkətdə sizdən başqa azərbaycanlı varmı?

- Mən işə başlayanda şirkətdə başqa azərbaycanlı işçi yox idi. Mənim bir bloqum var. Bir azərbaycanlı qız bloqda məni görmüşdü və mənə yazmışdı ki, Londonda təhsilini təzə bitirib və bu sahəyə marağı var. Mən ona şirkətdə referans oldum və hazırda bizim departamentdə çalışır. Mənim üçün də çox sevindirici oldu ki, mən kiməsə kömək edə bildim. Əlbəttə ki, onun da kifayət qədər biliyi var ki, bu şirkətdə işə düzələ bilib. Bir-birimizə dəstək olmağın önəmi burada anlaşılır; öz gənclərimizə, tələbələrimizə kömək etməliyik.

- Azərbaycanlı olduğunu biləndə iş yoldaşlarının reaksiyası necə olur?

- İş yoldaşlarım biləndə ki, Azərbaycandanam çox gözəl reaksiyalar alıram. Bizim mədəniyyətimizlə maraqlanırlar. Ümumiyyətlə, bu barədə onlar pozitivdirlər, mən də fəxr edirəm ki, burada öz ölkəmi kiməsə tanıdıram.

- Kibertəhlükəsizlik hazırda çox önəmli bir sahədir. Azərbaycanda bu sahənin inkişafını necə görürsünüz?

- Kibertəhlükəsizliyə virtual müharibə də deyirlər. Dünyada nə baş verirsə, hər bir şeyin virtual hissəsi də var. Sərhədlərimizi qoruduğumuz qədər özümüzü virtual, onlayn da qorumalıyıq. Ona görə bu sahəyə investisiya çox önəmlidir. Hər bir ölkə çalışır ki, bu sahədə güclü mütəxəssisləri olsun ki, sabah nəsə baş versə artıq hər şeyə hazırlıqlı ola bilsinlər. Mən öz bakalavr təhsilimi kompüter elmləri üzrə almışam, magistr dərəcəmi isə kibertəhlükəsizlik üzrə almışam. Mən bakalavr oxuyanda bizdə informasiya təhlükəsizliyi ya da kibertəhlükəsizlik üzrə ixtisaslar demək olar ki, yox idi. Ancaq görürəm ki, hal-hazırda Azərbaycanda bu sahədə kifayət qədər ixtisaslar yaradılıb və sahə ildən-ilə inkişaf edir. Artıq çox iş yerində balaca da olsa kibertəhlükəsizlik üzrə komandalar var. Düşünürəm ki, inkişaf ildən-ilə yaxşıya doğru gedir.

- Bu sahədə çalışmaq üçün necə bir təhsil lazımdır?

- Burada dəqiq bir ixtisas yoxdur ki, siz bunu oxumalısınız və bundan sonra sahəyə yönələ bilərsiniz. Siz müxtəlif sahədən bu sahəyə keçə bilərsiniz. Psixologiyadan tutmuş, marketinq belə oxuyub marağınız varsa kibertəhlükəsizlik sahəsində işləyə bilərsiniz. Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları üzrə oxumaq da bu sahəyə başlamaq üçün yararlı ola bilər. Əsas odur insanın öz daxili marağı olsun.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

HƏMAS girovların meyitlərini İsrailə təhvil verəcəyini təsdiqləyib

Zaqatalada baş verən qəzada bir neçə nəfər xəsarət alıb

Milli Elmi Komanda Sidneydə Azərbaycanı təmsil edəcək

Samuxda iki nəfər Kürdə batıb

Balaxanıda birəsrlik tarixi olan neft quyusuna “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-100” adı verilib

Naxçıvanda məktəblərdə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Ər-Riyadda keçirilmiş danışıqları şərh edib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib YENİLƏNİB VİDEO

Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupun iclası keçirilib

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb  YENİLƏNİB-2 VİDEO

Lavrov: “3+3”ün qapıları Gürcüstan üçün açıq qalır

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb YENİLƏNİB

Londonda azərbaycanlı mütəxəssislərlə karyera paneli keçirilib

Tənzilə Narbayeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar heyrətamizdir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bir sıra qanun layihələri müzakirə olunub

Zelenski: Kimsə məni elə indi əvəzləmək istəyirsə, heç cür alınmayacaq

BDU-da akademik Şahin Mustafayevin “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı olub

Sloveniyanın Maribor şəhərində Xocalı qurbanlarının xatirəsi yad edilib

Asiya Parlament Assambleyasının Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclası keçirilib

Komitə sədri: Dünyanın sivilizasiyaları və fərqli mədəniyyətləri qarşılıqlı anlaşma əsasında inkişaf etməlidir

Bakıda Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclası keçirilib

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup qadınla görüş keçirilib

Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir

İmişlidə Aqrar Biznes Festivalı keçirilib

Prorektor Mehmet Şimşir: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir MÜSAHİBƏ VİDEO

Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb

Azərbaycan millisinin futbolçusu Qazaxıstanla oyunun ən yaxşısı seçilib

BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub

Azərbaycan xalqı dövlətimizin başçısı tərəfindən aparılan uğurlu siyasəti dəstəkləyir - ŞƏRH

İstanbul derbisinin baş hakimi məlum olub

Asəf Hacıyev: Bu gün dünyada hər 75 nəfərdən biri qaçqındır

Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi yaratmağı planlaşdırır

Mərkəzi Bankda “SWIFT” İstifadəçilər Qrupunun nümayəndələri ilə görüş keçirilib

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Bakı Arbitraj Mərkəzi dövlət qeydiyyatına alınıb

Səfir Tamaş Yojef Torma: Macarıstan Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verir

Yasamal Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib

Qazaxıstan rəsmisi: Parlament diplomatiyası Asiyada davamlı inkişaf üçün mühüm vasitə rolunu oynayır

Bu il 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub

AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Yeni mövsümdə Misli Premyer Liqasına yüksəlmək uğrunda pley-off oyunu keçiriləcək

AzMİU-nun strateji hədəflər və inkişaf perspektivləri müzakirə olunub

GDU ilə Kirşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xiaoyu Qu: Asiya ölkələri ortaq problemlərlə üzləşirlər

Ukrayna müharibə dövründə silahlanmaya 320 milyard dollar xərcləyib

Salyan Dövlət Rəsm Qalereyası "Mirzə Qədim İrəvani – 200" adlı rəsm müsabiqəsi elan edib

“Yaşıl dünya naminə biotexnologiya” beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Premyer Liqasında növbəti mövsümün formatı təsdiq edilib

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb

“Mamagama” Azərbaycanı “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil edəcək

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin nəzərinə

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub

Şabranda sahibkarlarla görüşdə rayonun biznes imkanları ilə bağlı müzakirələr aparılıb

® Türk lirəsi valyutasında Bankkart artıq “VİSA Platinum” növündə!

Cud Bellinqem hakimi təhqir etdiyinə görə iki oyunluq cəzalanıb

Məhəmməd Füzulinin qəbrinin üstündə onun Azərbaycan şairi olması əks etdirilib

Kipr nümayəndəsi: Bakıda keçirilən sessiya parlament diplomatiyasının həlledici rolunu bir daha xatırladır

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 650-dək benefisiara xidmət göstərilib

“Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” kitabının təqdimatı olub

Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda ilk inklüziv kafe olan “Kaşalata”ya mediatur təşkil edilib

Ukraynalı ekspert: Türkiyə münaqişənin dayandırılması üçün danışıqlar meydanı ola bilər

Kamboca rəsmisi: Ortaq maraqların formalaşması parlament diplomatiyasının inkişafına töhfə verəcək

Rusiya XİN: Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə viza rejimi tətbiq etmək Moskvanın uzunmüddətli maraqlarına ziddir

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub

Beynəlxalq Ana Dili Gününə həsr edilən elmi sessiya keçiriləcək

İnkişaf Kuboku: Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəlib

Prezident: Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük

Prezident İlham Əliyev: Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur

Ötən ay sığortaedənlərin sayı 8 min vahiddən çox artıb

Türkiyənin beş türk ölkəsinə mal və məhsul ixracının həcmi 11 milyard dolları ötüb

Bəhreyn Krallığı 2027-ci ilə qədər Asiya Parlament Assambleyasına rəhbərlik edəcək

“QS STARS” audit nəticələrinə əsasən UNEC 5 ulduza layiq görüldü

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

BANM ilə Ankara Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

Çin Xalq Bankı ilə institusional əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

BƏƏ Ukraynada uşaq evlərinə 4,5 milyon dollar yardım edəcək

Magistraturaya qəbul imtahanının açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb

Türkiyəli deputat: Zəngəzur dəhlizi Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək

Oman Sultanlığı Asiya Parlament Assambleyasına tamhüquqlu üzv qəbul edilib

Qazaxıstan FHN əməkdaşları Azərbaycan təyyarəsinin qəza-xilasetmə əməliyyatında iştirakına görə təltif olundular

Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib

Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib

Tasmaniya adasında 150-dən çox delfin sahilə atılıb

Sorğu: Ukraynalıların yarıdan çoxu Zelenskiyə etimad göstərir

Yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq

“Google” İtaliyaya 326 milyon avro vergi ödəməyə razıdır

Praqada “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” sərgisi açılıb

Butan Milli Assambleyasının sədri: APA-nın 15-ci plenar sessiyası dünya üçün olduqca əhəmiyyətlidir

“Visa” və “Mastercard” müəyyən məhdudiyyətlərlə Rusiyaya qayıda bilər

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə