Macarıstanda antisemitizm zəminində baş verən cinayətlər getdikcə azalır
Budapeşt, 13 aprel, AZƏRTAC
Avropanın digər hissələrindən fərqli olaraq, Macarıstanda antisemitizm zəminində baş verən cinayətlərin sayı 2018-ci ildə azalıb.
AZƏRTAC “Tett es Védelem” fondunun illik hesabatına istinadla xəbər verir ki, ötən il bütün yəhudilərə, o cümlədən etnik yəhudilərə qarşı nifrət zəminində 32 cinayət hadisəsi törədilib. Bu, 2017-ci illə müqayisədə 4 hadisə azdır. 2016-cı ildə 48, 2015-ci ildə 52 və 2014-cü ildə 37 buna bənzər hadisə baş vermişdi. 2018-ci ildə baş verən 33 hadisədən üçü fiziki hücuma, onu vandalizm aktına, qalan 19-u isə nifrətin qızışdırılmasına aid edilib. Bütün hallarda qanunpozucu qismində kişilər çıxış ediblər və qeydə alınan bütün cinayətlər planlaşdırılmayan xarakter daşıyıb. Hesabatda, həmçinin qeyd olunur ki, bütün yəhudilərə, o cümlədən etnik yəhudilərə münasibətdə nifrət zəminində cinayətlər 2018-ci ildə Avropanın iki ən böyük yəhudi icmalarında - Böyük Britaniyada və Fransada əhəmiyyətli dərəcədə yüksək olub.
Fond öz tədqiqatlarını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının təklif etdiyi metodologiya əsasında aparıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]