DÜNYA
Madrid metrosunun fəhləsi 2 milyon dollarlıq çek tapmışdır
Bakı, 27 sentyabr (AZƏRTAC). Madrid metrosunda təəccüb doğuran bir tapıntı olmuşdur. Vaqonların birində qapılar pis bağlanmağa başlamışdı. Metronun işçisi bu nasazlığı aradan qaldırarkən vaqonun divarı ilə qapısı arasında pul kisəsi qaldığını aşkar etmişdir. Görünür, mexanizmin işinə mane olan da həmin pul kisəsi imiş.
Pul kisəsinin içərisində 2 milyon dollarlıq çek olmuşdur. Bu tapıntı polisə verilmiş, pul kisəsinin sahibi isə hələlik tapılmamışdır.
Metro işçisi deyir: “Biz qapı mexanizminə pul kisəsi düşdüyünü anlayanda adətən belə hallarda etdiyimiz kimi, həmin pul kisəsini açdıq. Onun içərisində sənədlər, sürücülük vəsiqəsi, kredit kartları və 2 milyon dollarlıq çek olduğunu görəndə çox heyrətləndik”.
Madrid metrosunun tapılmış əşyalar bürosuna hər gün çətirlər, paltar, içərisində ərzaq məhsulları olan paketlər və bir sıra başqa əşyalar təhvil verilir. İndiyə qədər ən qiymətli tapıntı isə 1982-ci ildə olmuşdur. O vaxt metroda içərisində 250 min peset pul olan zərf tapılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]