MƏDƏNİYYƏT
“Mahmud və Məryəm” romanı Türkiyədə yenidən nəşr olunub
Bakı, 8 fevral, AZƏRTAC
Bu günlərdə Xalq Yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı Türkiyənin ən nüfuzlu nəşriyyatlarından olan “Ötüken” tərəfindən yenidən çap olunub.
AZƏRTAC xəbər verir ki, romanı türk dilinə görkəmli türk ədəbiyyatşünası, professor Əli Duymaz uyğunlaşdırıb və kitaba Elçinin yaradıcılığı haqqında geniş “Ön söz” yazılıb.
“Mahmud və Məryəm” romanı Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilib, səhnələşdirilib. Roman əsasında qardaş respublika ilə Azərbaycanın ilk müştərək filmi çəkilib və bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş olunub. Filmlə bərabər, üç seriyalı televiziya filmi də hazırlanıb.
Qeyd edək ki, “Mahmud və Məryəm” Xalq Yazıçısı Elçinin Türkiyədə nəşr olunmuş sayca iyirmi beşinci kitabıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 27.04.2024 [12:43]
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş
- 27.04.2024 [12:11]