Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

Bakı, 9 mart (AZƏRTAC). Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, qurumda 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələr, o cümlədən 2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, qətiyyətli və çevik iqtisadi siyasət nəticəsində 2011-ci ildə də ölkə iqtisadiyyatının davamlı artımı təmin edilmiş, əhalinin sosial rifahı xeyli yüksəlmiş, dövlətin iqtisadi və sosial tərəqqisinə, müdafiə potensialının və təhlükəsizliyinin gücləndirilməsinə, valyuta ehtiyatlarının artırılmasına nail olunmuş, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələr reallığa çevrilərək xalqın xidmətinə verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin gəlirləri 23,2 milyard manat və ya 116 faiz, icmal büdcənin xərcləri isə 17,6 milyard manat və ya 94,4 faiz icra olmuşdur. Dövlət büdcəsinin mədaxili 15,7 milyard manat və ya 100,9 faiz, xərcləri isə 15,4 milyard manat və ya 96,6 faiz təşkil etmişdir. 2010-cu ilə nisbətən 2011-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması, kənd təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə orta hesabla 27,8 faizədək çox vəsait yönəldilmişdir.

2011-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilmiş, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilmişdir. Qeyd olunmuşdur ki, son illərdə büdcənin proqnozlaşdırılması xeyli təkmilləşdirilmiş, büdcə xərclərinin səmərəli istifadəsinə nail olunmuşdur.

Əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən S.Şərifov Prezident İlham Əliyevin davamlı kursuna müvafiq olaraq 2011-ci ildə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımının təmin edildiyini xatırlatmışdır. Qeyd etmişdir ki, pensiya təminatı sistemində aparılan islahatlar və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsi nəticəsində əmək pensiyası orta hesabla 40 faiz, ölkədə minimum aylıq əməkhaqqının məbləği, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq vəzifə maaşları müvafiq qaydada artırılmışdır.

2011-ci ildə dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Nazir bildirmişdir ki, ilk dəfə olaraq 2012-ci il və sonrakı üç ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilmişdir. Eyni zamanda, Milli Məclisə təqdim edilənədək 2012-ci il dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərcləri və xarici kreditlər hesabına maliyyələşən layihələr barədə məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Büdcə prosesinin təkmilləşdirilməsi işinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkən nazir xüsusilə təhsil və səhiyyə sahələri üzrə maliyyələşmənin təkmilləşdirilməsinə, daha müasir maliyyələşmə prinsiplərinin tətbiqinə ehtiyac olduğunu qeyd etmişdir.

Nazir bildirmişdir ki, 2012-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən biri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir: “Bu günlərdə Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının III ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlar 2013-cü il dövlət büdcəsi hazırlanarkən nəzərə alınmalıdır. Ümumilikdə, ölkə Prezidentinin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet inkişaf vəzifələrinə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin maddi-rifah halının artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndirilməsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə regionlarının tarazlı inkişafına, sahibkarlığa dəstək və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməli və dövlət büdcəsindən tələb olunan məbləğdə vəsaitin ayrılması üçün təkliflər hazırlanılmalıdır”.

Kollegiya iclasında Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin fəaliyyəti üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan monitorinqlərin nəticəsi, bəzi təşkilati, struktur dəyişiklikləri, o cümlədən Nazirliyin aparatında və yerli maliyyə orqanlarında 2011-ci il ərzində icra intizamı, kargüzarlığın, arxiv işinin aparılması və vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə edilmişdir.

İclasda, həmçinin Nazirliyin Aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2013-cü il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərinin sürətləndirilməsi, Nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və keyfiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunmuşdur. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

CBC erməni siyasətinin gizli mexanizmlərini üzə çıxaran yeni sənədli film təqdim edir

Dövlət Su Ehtiyatları Agentliyi son günlər baş verən sel və daşqınlara qarşı mühafizə tədbirlərini artırıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarında tədris ilinə yekun vurulub

Qoydan kəndinin sakinləri torpaq sürüşməsi səbəbindən təxliyə olunub

Azərbaycan millisinin aparıcı futbolçusu əməliyyat olunub

MEK-in 2024-cü ilin birinci yarısı üçün hesabatı dinlənilib

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Ənənəvi iqtisadi inkişaf modeli Yer kürəsinə zərərlidir - MÜSAHİBƏ

Reparasiya tərəfdarları Niderlandın üzr bəyanatlarının səmimiliyinə şübhə ilə yanaşır

BDU-nun jurnalı “Riyaziyyat, tətbiqi riyaziyyat” kateqoriyası üzrə 2-ci yerdə qərarlaşıb

Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

“Asiya uşaqları” Oyunlarının qalibi: Dostumu məğlub edən idmançıdan revanş aldım

Bakıda Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

Azərbaycanın yunan-Roma güləşçiləri "Asiya uşaqları" Oyunlarına 2 medalla başlayıblar

Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olub

Professor Nadir Məmmədli “Beynəlxalq Mahmud Kaşğari mükafatı”na layiq görülüb

“SABAH” qruplarına test imtahanının nəticələri elan olunub

Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Azərbaycan cüdoçusu “Asiya uşaqları” Oyunlarının qalibi olub

Ukrayna Təhlükəsizlik Xidməti bu ölkədə dövlət çevrilişi hazırlayan qrupu ifşa edib

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb

Dağlıq və dağətəyi rayonlarda leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlarla görüş keçirilib

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edilib

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 11 mini keçib

Yanacağa qənaət edən avtomobillərə keçid sürətlənəcək - AÇIQLAMA

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir YENİLƏNƏCƏK

Dünya mediası Fransada parlament seçkiləri haqqında: ifrat sağçılar hakimiyyətə gəlir

Dövlət Akademik Filarmoniyası tamaşaçılara zəngin proqram hazırlayıb

Bülənt Korkmaz: Türkiyə millisinin böyük potensialı var, Avropa çempionatında uğur qazana bilər

DSMF: Yanvar-iyun ayları ərzində 15,2 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində yeni marşrutlar istifadəyə verilib

VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb

Monqolustanda yeni qanuna əsasən 32 qadın parlamentə seçilib

BMT-nin 2024-cü il üçün Davamlı İnkişaf Hesabatı açıqlanıb

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb VİDEO

Şuşa Teatrının iyul repertuarı açıqlanıb

Rəqabət Məcəlləsi iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq

Avstraliya əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artırır

DİM rəhbəri: Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir

Kitabxanada gənc rəssamın sərgisi açılıb

Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb VİDEO

“Sony” şirkəti CD-R, DVD-R və BD-R disklərinin istehsalını dayandırır

Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var VİDEO

Filippində denge qızdırması pik həddinə çatıb

Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub VİDEO

Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib

ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

11 yaşını qeyd edən Oxu.az yeni layihəyə hazırlaşır – REPORTAJ

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Misir və Aİ 33 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

İspanlar kütləvi turist axınına etiraz edirlər

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə olub

Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Ötən həftəsonu təhvil götürülən silah-sursatın sayı məlum olub

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Prorektor: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib

Macarıstan Aİ Şurasının sədri oldu

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Yens Stoltenberq NATO-nun Baş katibi postunda sonuncu müsahibəsini verib

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Türkiyə Azərbaycandan idxal edilən bəzi məhsullara gömrük rüsumunu azaldıb

BVF Qanada iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

“SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

"Asiya uşaqları" Oyunları: Azərbaycan atleti bürünc medal qazanıb

Dünya birjalarında neft bahalaşıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

İmişlidə qəza zamanı ata ölüb, övladı xəsarət alıb

Hacıqabulda yol qəzası olub, yaralılar var

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəlib

NATO-nun məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür – MÜSAHİBƏ

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Stoltenberq: Çin NATO-nun maraqlarına meydan oxuyur

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb