Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2018-ci il dövlət büdcəsinin icrasına və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə ölkənin hərtərəfli dinamik inkişafının təmin edildiyini, makroiqtisadi sabitliyin və ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə, ümumi daxili məhsulun 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına, inflyasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə endirilməsinə nail olunduğunu bildirib.

Aprelin 11-də Prezident İlham Əliyevin inamlı və parlaq qələbə qazanaraq yenidən dövlət başçısı seçilməsinin 1 ili tamam olduğunu xatırladan S.Şərifov bildirib ki, ötən bir il ərzində müxtəlif sahələri əhatə edən sistemli islahatlar genişləndirilib, struktur islahatları nəticəsində dövlət qurumlarının fəaliyyəti optimallaşdırılıb, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb, şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi, fiziki şəxslərin problemli kreditlərinə dövlət dəstəyinin göstərilməsi ilə bağlı tarixi qərarlar qəbul edilib və beləliklə də əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində növbəti dəfə mühüm addımlar atılıb.

Nazir qeyd edib ki, cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib, 2018-ci ildə istehsal olunan ümumi daxili məhsulun 94,8 faizinə bərabər olub.

2018-ci ilin dövlət və icmal büdcələrin parametrlərinin icrasının qənaətbəxş olduğunu qeyd edən S.Şərifov bildirib ki, həm gəlir, həm də xərclər üzrə göstəricilər buna əyani sübutdur. Eyni zamanda, ölkə iqtisadiyyatının ötən ildəki inkişafı da dövlət və icmal büdcələrinin icrasına müsbət təsir göstərib.

Qeyd olunub ki, ötən il icmal büdcənin gəlirləri 30 milyard 925 milyon manat və ya 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat çox, xərcləri 26 milyard 457 milyon manat və ya 1 milyard 274 milyon manat çox icra olunub. İcmal büdcə 1 milyard 549 milyon manat məbləğində profisitlə proqnozlaşdırılsa da, faktiki olaraq 4 milyard 468 milyon manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2 milyard 918 milyon manat və ya 1,9 dəfə çox deməkdir.

Bildirilib ki, ötən il dövlət büdcəsinin gəlirləri 22 milyard 509 milyon manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360 milyon manat çox, 2017-ci illə müqayisədə isə 6 milyard manat çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 9 milyard 108 milyon manat və yaxud 103,5 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 305,0 milyon manat çox olub. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 731 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci illə müqayisədə 5 milyard 137 milyon manat çox olub.

Dövlət büdcəsinin kəsiri 951 milyon manat proqnoza qarşı 728 milyon manat az və ya faktiki olaraq 223 milyon manat icra olunub ki, bu da ümumi daxili məhsulun 0,3 faizinə bərabərdir. Kəsirin maliyyələşdirilməsi maliyyə bazarlarında qiymətli kağızların yerləşdirilməsindən və özəlləşdirmədən daxil olan vəsaitlər hesabına həyata keçirilib.

Kollegiyanın sədri deyib ki, hesabat ilində Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklərin və əsas dövlət proqramlarının, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət tədbirlərinin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılıb.

2018-ci ildə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər olduğunu deyən nazir diqqətə çatdırıb ki, hesabat ilində "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya", "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası" və Yeni büdcə qaydası təsdiq edilib: "Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilməkdə olan və iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların vacib elementlərindən biri olan Yeni büdcə Qaydasının tətbiqinə artıq cari ildən başlanılıb. Eyni zamanda, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19 faizə enərək 3,8 faiz-bənd azalıb", - deyə nazir əlavə edib.

İclasın yekununda Kollegiya "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin və hesabatın təsdiq edilərək "Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasına, eləcə də gündəlikdəki digər məsələlərə dair müvafiq qərarlar qəbul edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb