DÜNYA
Maqadişoda restorana hücum: ölənlərin sayı 18 nəfərə çatıb
Bakı, 15 iyun, AZƏRTAC
Somalinin paytaxtı Maqadişoda yaraqlıların restorana hücumu nəticəsində ölənlərin sayı azı 18 nəfər çatıb.
AZƏRTAC xəbər verir ki, Frans Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, əvvəlcə restoranın qarşısında minalanmış avtomobil partladılıb. Sonra silahlılar otelə girərək insanları girov götürüblər.
Hücumu yalnız səhərə yaxın dayandırmaq mümkün olub. Somalı Təhlükəsizlik Nazirliyi nümayəndəsinin dediyinə görə, silahlılar xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Restorana hücumun məsuliyyətini Somalidə fəaliyyət göstərən “Əş-Şəvab” terror qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]