CƏMİYYƏT
Mariya Peyçinoviç Buriç: Azərbaycan qadın zorakılığına qarşı fəal mübarizə aparan ölkələrdəndir
![Mariya Peyçinoviç Buriç: Azərbaycan qadın zorakılığına qarşı fəal mübarizə aparan ölkələrdəndir](/files/2022/2/1200x630/16529499621386722051_1200x630.jpg)
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan qadın zorakılığına qarşı fəal mübarizə aparan ölkələrdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 19-da qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa Şurası standartları və bu kontekstdə milli parlamentlərin rolu mövzusunda keçirilən tədbirə videoformatda qoşulan Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç söyləyib.
Hazırda İstanbul Konvensiyasına 35 dövlətin qoşulduğunu diqqətə çatdıran Avropa Şurasının Baş katibi Azərbaycanın da tezliklə bu konvensiyaya qoşulacağına ümidvar olduğunu bildirib.
Qeyd olunub ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması istiqamətində Azərbaycan və Avropa İttifaqı birgə səmərəli əməkdaşlıq edir və bundan sonra da edəcək.
O, bu işdə Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyətini yüksək qiymətləndirib və qadın zorakılığına qarşı mübarizədə maarifləndirmə işlərində deputatları fəal olmağa çağırıb.