Cari ilin martında Azərbaycandan MDB ölkələrinə 110 milyon 856 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən dövrdə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 248 milyon 149 min dollar olub.