İQTİSADİYYAT
Masallı EŞ müəssisəsi üzrə sərfiyyat aşaği düşmüşdür
Bakı, 31 may (AZƏRTAC). “Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, bu il Masallı Elektrik Şəbəkəsi (EŞ) müəssisəsinin elektrik təsərrüfatında xeyli iş görülmüşdür.
Rayonun yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən 10 kilovoltluq ( kV) hava xətlərində 37 ağac dayaq, 14 dəmir-beton dayaq yenisi ilə əvəz edilmişdir. 0,4 kV-lik hava xətlərində isə 53 ağac dayaq və 28 dəmir-beton dayaq yenisi ilə əvəzlənmiş, 650 kiloqram alüminium naqil təzələnmişdir.
Hazırda Masallı şəhərində smart-kart tipli sayğacların quraşdırılması davam edir. İndiyədək burada 3 mindən çox sayğac quraşdırılmışdır.
Müəssisənin xidməti ərazisində istehlakçılara verilən elektrik enerjisi haqqının ödənilməsi sahəsində vəziyyət normaldır. Həmçinin, sərfiyyat da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağı düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]