DÜNYA
Məkkə-İstanbul dəmir yolundan ildə 2 milyon sərnişin istifadə edəcəkdir
Bakı, 10 avqust (AZƏRTAC). Türkiyə ilə Səudiyyə Ərəbistanını birləşdirən İstanbul - Məkkə dəmiryolu 100 illik fasilədən sonra yenidən açılacaqdır.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, təməli 1900-cü ildə qoyulan və Sultan II Əbdülhəmidin ən böyük layihələrindən biri olan dəmir yolunun bərpası ilə İstabuldan Məkkəyə 24 saata getmək mümkün olacaqdır.
Xatırladaq ki, 1904-cü ildə mərhələli şəkildə istifadəyə verilən və 4 ölkədən keçən 2.241 kilometirlik dəmir yolu daha sonra ingilislər tərəfindən sıradan çıxarılmışdır. 4 il ərzində bərpa ediləcək dəmir yolu zəvvarların müqəddəs torpaqları rahat şəkildə ziyarət etməsinə imkan verəcəkdir.
Məlumata görə, il ərzində 2 milyon sərnişinin yararlanacağı bu layihə Qırmızı dəniz sahillərini də əhatə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]