DÜNYA
Meksikada aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapılıb
Bakı, 16 aprel, AZƏRTAC
Meksikanın Sonora və Calisko əyalətlərində aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb.
Qeyd edək ki, bu il fevralın 13-də Meksikanın Kolima əyalətinin Santa Rosa qəsəbəsində aşkarlanan gizli məzarlarda əlli cəsəd tapılmışdı.
Meksika Daxili İşlər Nazirliyinin açıqlamasında 2018-ci ilin ilk altı ayında ölkədə 15973 cinayətin törədildiyi, bu rəqəmin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz artığı bildirilmişdi. Ölkənin İctimai Təhlükəsizlik Şurasının və Cəza Məhkəmə İdarəsinin 2017-ci il üzrə hesabatına görə, dünyanın ən təhlükəli 10 şəhərindən beşi Meksikada yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [22:26]
Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir
- 06.05.2024 [21:40]
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]