ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər təşkil ediləcək
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 13-dən 20-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər keçiriləcək.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun və Təhsildə İnnovativ Texnologiyalar (İTE) Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək təlimlər ibtidai sinif və məktəbəqədər müəssisələrdə çalışan müəllim və tərbiyəçilər üçün də nəzərdə tutulub. Regiondakı orta təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin də iştirak edə biləcəkləri təlim nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində aparılacaq.
Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]