MƏDƏNİYYƏT
“Mən fəxr edirəm ki, azərbaycanlıyam”
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda tədbir keçirilmişdir.
Gimnaziyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub saxlanmasında əvəzsiz rolu, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Gimnaziyanın şagirdləri tərəfindən mövzu çərçivəsində musiqili-ədəbi kompozisiya təqdim olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair nümayiş olunan videoçarx maraqla izlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]