“Mən səninləyəm, ana Vətən” bədii-sənədli filmi nümayiş olunub
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Binə Mədəniyyət Mərkəzində Aprel döyüşlərində şəhid olmuş manqa komandiri Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” adlı bədii-sənədli filminin nümayişi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xəzər rayon MKS-nin direktoru Vəfa Quliyeva və Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev çıxış edərək belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışıblar.
Sonra filmin yaradıcı heyəti təqdim edilib. Qeyd olunub ki, ekran əsərinin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır.
Tədbirdə 149 nömrəli məktəbin şagirdləri şeir oxuyublar.
Filmdə ana obrazını canlandıran şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda film nümayiş olunub.