İQTİSADİYYAT
Mərkəzi Bankın internet səhifəsi “İlin ən yaxşı dövlət səhifəsi” nominasiyası üzrə qalibdir
Bakı, 26 may (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsi “NETTY-2011” Milli İnternet Mükafatı müsabiqəsinin qalibi olmuşdur.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə təhsil, mədəniyyət, informasiya, idman, korporativ və elektron kommersiya üzrə ümumilikdə 286 internet səhifə iştirak etmişdir.
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə informasiya texnologiyaları (İT) bazarının inkişafı üçün yaradılmış İT sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:31]
® "Nar"dan sərfəli smartfon təklifi
- 27.04.2024 [17:17]