ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Yevgeni Bertelsin şəxsi kitab kolleksiyası saxlanılır
![](/files/galleryphoto/2022/1/1200x630/1649227228581366701_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16492272285261147090_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) nizamişünaslığın banilərindən biri, İran və Dəməşq Ərəb elmlər akademiyalarının müxbir üzvü Bertels Yevgeni Eduardoviçin zəngin kitab kolleksiyası saxlanılır.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
MEK-in Şərq ədəbiyyatı fondunda qorunan kolleksiyaya “Slovar starofrantsuzskoqo yazıka”, “Şaxname (Firdousi)”, “Nauçnıye trudı”(S.V.Baxruşin), “Skazki i stixi Afqanistana”, “Vvedenie v teoriyu perevoda” (А.V.Federov), “Qreçeskaya traqediya”, “Imperial Palace” (Arnold Bennett), “Die Schuld Des Stephan Thoss” (Klaus Herrmann), “Opıt issledovaniya znaçeniya loqiki” (Şarl Serryus) və digər nəşrlər daxildir. Ümumilikdə 4 min 257 nüsxədən ibarət kolleksiyanın 2 min 347 nüsxəsi Şərq və Avropa, 1940 nüsxəsi isə Rus və müxtəlif dilləri əhatə edir.
Qeyd edək ki, MEK-də bu qəbildən mövcud olan digər görkəmli alimlərin də şəxsi kitab kolleksiyaları dəyərli olmaqla yanaşı, həm də qiymətli və aktual elmi mənbələrdir.