ELM VƏ TƏHSİL
Microsoft yeni Windows 10 əməliyyat sistemini təqdim edib VİDEO
Bakı, 1 oktyabr (AZƏRTAC). Microsoft şirkəti yeni Windows 10 əməliyyat sistemini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə The Verg portalı məlumat yayıb. Bundan əvvəlki sistem Windows 8 olsa da yenisi Windows 10 kimi göstərilib. San-Fransiskoda keçirilən təqdimatda Microsoft yeni sistemin yalnız texniki versiyasını nümayiş etdirib. Təqdimatda sistemin qiyməti barədə açıqlama verilməsə də belə bir ehtimal var ki, istifadəçilər yenilənməni pulsuz yükləyə biləcəklər.
İT mütəxəssislər Windows 10-u sınaqdan keçirmək üçün onun ilkin versiyasını oktyabrın 1-dən yükləyə bilərlər. Şirkətin meneceri Co Belfiore bildirib ki, sistem hələ natamamdır və adi istifadəçilər üçün nəzərdə tutulmayıb.
Sistemin son versiyası 2015-ci ildə buraxılacaq.