DÜNYA
Milli bayram münasibətilə Səudiyyə Ərəbistanının kulinarları dünyada ən böyük - təqribən 3 ton ağırlığında piroq bişirmişlər
Əmman, 24 sentyabr (AZƏRTAC). “Emirates 247” agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının bu günlərdə qeyd edilən 81-ci ildönümü münasibətilə ölkənin kulinarları dünyada ən böyük piroq hazırlamışlar. Bu nailiyyət artıq Ginnesin rekordlar kitabına daxil edilmişdir.
35 aşpazın dörd gün ərzində hazırladığı bu piroqun çəkisi təqribən 3 ton, uzunluğu 12 metr, eni 9 metrdir. Kulinar şedevri 102 kvadratmetrlik yer tutur.
Bu piroqla Ciddədəki kral Əbdül Əziz aeroportunda 9500 səudiyyəlini və krallığın qonaqlarını yedirtmək mümkün olmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]