Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclasında 17 məsələ müzakirə edilib YENİLƏNİB

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri 106 il öncə yaradılmış Azərbaycan Ordusunun şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer aldığını bildirib. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir.

Milli Məclisin sədri bildirib ki, Silahlı Qüvvələr Gününü bayram edərkən Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə potensialını daha da möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiq edir.

Sonra iclasda cari məsələlər müzakirə olunub.

Deputatlar Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıblar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti qürur hissi ilə qeyd ediblər. Çıxışlarda son illərdə Azərbaycanda ordu quruculuğu və hərbi potensialın möhkəmləndirilməsi, müdafiə və milli təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiq hesab olunub. Hərbçilərin, habelə şəhid ailələri və qazilərin sosial təminatının daha da gücləndirilməsi sahəsində həyata keçirilən islahatların, dövlət dəstəyinin əhəmiyyətindən bəhs edilib.

Müzakirələr zamanı, habelə bəzi dövlətlərin Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid edən destruktiv fəaliyyəti pislənilib. Azərbaycanın regionda sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında səyləri vurğulanıb.

Milli Məclisin sədri gündəliyə 17 məsələnin daxil edildiyini, ilk üç məsələnin 2024-cü ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər sənədlərdə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri olduğunu diqqətə çatdırıb. O, bu məsələlərin müzakirəsi ilə əlaqədar olaraq iclasda hökumət üzvlərinin və nümayəndələrinin iştirak etdiyini söyləyib.

Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Tahir Mirkişili komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik irəli sürüldüyünü deyib. Bildirilib ki, təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilib ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcminin artması hesabına təmin olunacağı ilə izah edilir. Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur.

Diqqətə çatdırılıb ki, nəticədə ilkin təqdim olunmuş rəqəmə nisbətən dövlət büdcəsinin gəlirləri 0,1 faiz artırılaraq 36 milyard 388 milyon manat, dövlət büdcəsinin xərcləri 0,1 faiz artırılaraq 39 milyard 742,3 milyon manat, dövlət büdcəsinin cari xərcləri 0,1 faiz artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri, ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1 faiz artırılaraq 43 milyard 515 milyon manat, xərcləri isə 0,1 faiz artırılaraq 45 milyard 626,8 milyon manat təşkil edəcək.

Komitə sədri bildirib ki, dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib.

Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini deyən komitə sədri bir daha xatırladıb ki, təqdim edilmiş sənədlərə əsasən, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün dürüstləşdirilmiş gəlir və xərcləri bərabər olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək. Qeyd olunub ki, İşsizlikdən sığorta fondunun 2024-cü il üçün dürüstləşdirilmiş büdcəsi 4,7 milyon manat artırılacaq və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

İclasda 2024-cü ilin dövlət büdcəsində, Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcələrində dəyişikliklərlə bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri gündəliyin digər iki məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Azərbaycanla Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən komitə sədri, ölkələrimizin Qoşulmama Hərəkatı, digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişaf etdiyini söyləyib. O, sənədin iki dövlət arasında əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra S.Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, Qambiya Respublikasının Qoşulmama Hərəkatında iştirak etdiyini, bu baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyib. Komitə sədri Azərbaycanla Qambiya arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsinə dair sənədin qəbul olunmasının ölkəmizin milli maraqlarına uyğun olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatı diqqətə çatdırıb. O, sənədin sosial təminatın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək, təklif olunan dəyişikliklərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi, habelə peşə hazırlığı ilə bağlı müddəaların əks olunduğunu bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihəyə dair əlavə heç bir rəy və təklifin daxil olmadığını söyləyib.

Layihə ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Sənəddə təklif olunan dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, komitənin layihə ilə bağlı müsbət rəy verdiyini bildirib. Sənəddə təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə hazırlanıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov sənəd barədə bu komitənin rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, layihə birinci və ikinci oxunuşda ətraflı müzakirə edilib və sənədlə bağlı deputatlardan heç bir irad və təklif daxil olmayıb.

Sənəddə peşəkar mühasib sertifikatlarının verilməsi üçün imtahanlarda iştirakın ödənişli olmasının, bu imtahanda iştirak etmək üçün ödənişin məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilməsinin hüquqi əsasları təsbit edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O, layihə ilə bağlı əlavə heç bir təklifin daxil olmadığını, komitənin müsbət rəy verdiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri gündəliyin digər yeddi məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyin 11-ci məsələsi olan Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Elektron dövlət xidmətlərinin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin əvvəlki oxunuşu barədə məlumat verən komitə sədri sənədin əhəmiyyətini vurğulayıb və olduğu kimi səsə qoyulmasını təklif edib.

Məsələyə dair komitələrin müsbət rəyləri səsləndirildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, layihənin birinci oxunuşu zamanı heç bir iradın olmadığını, ikinci oxunuşda əlavə təkliflərin daxil edilmədiyini deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi Azərbaycan Prezidentinin "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" 15 iyul 2021-ci il tarixli Fərmanı çərçivəsində hazırlanıb. Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması məsələləri təsbit olunur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 13-cü məsələsi olan Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib. Təklif olunan dəyişikliklərin əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazasının yaradılmasına xidmət etdiyini deyən Musa Quliyev qanun layihəsinin qəbulundan sonra əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi, təhlükəsizliyin təmini və müxtəlif məşğulluq tədbirlərinin həyata keçirilməsi, sosial tərəfdaşlarla iş kimi əksər proseslərin tam elektronlaşacağını bildirib.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 14-cü məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verərək bildirib ki, qanun layihəsinin birinci oxunuşu zamanı təklif olunan dəyişikliklərlə bağlı ətraflı məlumat verilib. O, layihə ilə bağlı hər hansı bir rəy və təklif daxil olmadığı üçün sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələyə - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev məlumat verib. O bildirib ki, layihə haqqında birinci oxunuşda ətraflı məlumat verilib, ilk oxunuşdan sonra komitəyə sənədlə bağlı heç bir müraciət daxil olmayıb, ona görə də olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Gündəliyin 16-cı məsələsi olan Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Hicran Hüseynova təqdim edib.

Komitə sədri bildirib ki, əhalinin reproduktiv sağlamlığının tibbi aspektləri ilə dövlətin demoqrafik siyasəti arasında sıx əlaqə mövcuddur. Bu mənada, erkən nikah və qohum evlilikləri problemi sosial-iqtisadi əhəmiyyət kəsb edir. Erkən yaşda nikah və qohum evliliklərinin yayılmasına təkan verən amillərdən söz açan komitə sədri bu cür evliliklərin fəsadlarını diqqətə çatdırıb. Mövzu ilə əlaqədar Milli Məclisdə keçirilən geniş müzakirələrdə qaldırılan məsələlərə qanunvericilik təşəbbüsü subyektinin münasibətini açıqlayan komitə sədri qeyd edib ki, onlara gələcəkdə baxılması məqsədəmüvafiq hesab olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı komitənin müsbət rəyini səsləndirib və təklif olunan dəyişikliklərin hüquqi və dünyəvi dövlətçilik kontekstində əhəmiyyətini vurğulayıb.

Deputatlar layihə ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

Deputatların fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar