REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Xarici dil öyrənmə sənəti” adlı təlim keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Xarici dil öyrənmə sənəti” mövzusunda təlim keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimdə universitetin tələbə və magistrantları, eləcə də gənc əməkdaşları iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, təlim doqquz müxtəlif dildə akademik səviyyədə danışmağı bacaran xarici dillər üzrə kouç Aslan Məmmədzadə tərəfindən aparılıb.
Təlimçi informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə qısa zaman ərzində xarici dil öyrənmənin effektiv üsullarından danışıb və bununla bağlı şəxsi təcrübələrini bölüşüb.
İştirakçılar tərəfindən maraqla qarşılanan təlimdə təqdim olunan çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, son dövrdə modernləşməyə doğru sürətlə irəliləyən MDU-da kadr potensialının və təhsilalanların hərtərəfli inkişafına xidmət edən bu tipli təlimlərin keçirilməsinə xüsusi önəm verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [11:42]
Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb
- 09.12.2023 [01:47]
ADAU-nun komandası intellektual yarışda zona birincisi olub
- 08.12.2023 [21:33]
Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb
- 08.12.2023 [19:14]
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
Azərbaycan nefti bahalaşıb
- [11:09]
Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib
- 08.12.2023 [23:19]