Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetinin koordinatorluq etdiyi beynəlxalq layihənin açılış tədbiri keçirilib

Bakı, 13 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan - ENGAGE) mövzusunda Erasmus+ layihəsinin açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov tədbiri universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. MDU-nun Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universiteti olduğunu vurğulayan rektor göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə təşəkkürünü bildirib, layihənin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını ifadə edib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 2023-2025-ci illəri əhatə edən sözügedən beynəlxalq layihənin əsas gözləntilərindən bəhs edən Ş.Bayramov qeyd edib ki, layihə ölkəmizin müvafiq universitetlərində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet - sənaye əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyır. Layihənin uğurla icra olunacağına əminliyini bildirən rektor, bütün tərəfdaşları fəal iştirak etməyə və layihə çərçivəsində təqdim olunan imkanlardan faydalanmağa dəvət edib.

Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əldə edilən uğur münasibətilə universitetin kollektivinə təbriklərini çatdırıb, layihə çərçivəsində yaradılan tərəfdaşlıqların əhəmiyyətindən bəhs edib. Təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan İ.İsmayılov, layihəni son illər ərzində MDU-nun beynəlxalq əlaqələrinin inkişafının uğurlu nəticələrindən biri kimi qiymətləndirib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli hazırda MDU-nun modernləşmə mərhələsində olduğunu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən söhbət açıb. Layihə üçün seçilmiş mövzunun bütövlükdə milli ali təhsil və innovasiya ekosistemi üçün önəmini diqqətə çatdıran N.Məmmədli, layihənin koordinatorunu və tərəfdaşlarını Elm və Təhsil Nazirliyinin adından təbrik edib. Bildirib ki, əldə edilən uğur yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da son dövrdə həyata keçirilən sistemli keyfiyyət dəyişikliklərinin real nəticələrindən biridir.

Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov layihə koordinatoru statusunda qalib gələn ilk regional ali təhsil müəssisəsi olması münasibətilə MDU kollektivini təbrik edib. Erasmus+ proqramının universitetlər üçün təqdim etdiyi imkanlardan bəhs edən P.Bağırov ENGAGE layihəsinin uğurla icra olunmasına zəruri dəstəyin göstəriləcəyini bildirib.

Daha sonra layihə çərçivəsində tərəfdaş yerli ali təhsil müəssisələrinin rəhbərlərindən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov çıxış ediblər. Çıxışlarda MDU-nun koordinatorluğu ilə icra olunacaq beynəlxalq layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifadə edən rektorlar region universitetinin bu təşəbbüsünü yüksək dəyərləndirib, müasir dövrdə ali təhsildə sahibkarlıq yanaşmasının aktuallığından söhbət açıb, birgə layihənin qazandıracağı təcrübələrin əhəmiyyətini vurğulayıb və layihənin işinə uğurlar arzulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Şəbnəm Məmmədzadə layihənin kreativ düşüncəli və sahibkarlıq təfəkkürlü yeni nəslin yetişdirilməsinə verəcəyi töhfələrdən danışıb və layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla icra olunması üçün təmsil etdiyi qurum tərəfindən müvafiq dəstəyin göstəriləcəyini bildirib.

Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxışlarında Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər, layihə çərçivəsində öz müsbət təcrübələrini benefisiar qurumlarla bölüşəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul olunub. Layihə Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsini və bu təcrübədən fayda əldə olunmasını nəzərdə tutur. Layihə çərçivəsində tərəfdaş yerli universitetlərin və qurumların əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək. 36 ay ərzində icra ediləcək layihənin ümumi büdcəsi 800 min Avrodur. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşlarıdır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII Asiya Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulublar

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Qobustan rayonuna diametri 15 millimetr olan dolu düşüb

Şuşada “By Youth For Youth” Beynəlxalq Forumu öz işini başa vurub YENİLƏNİB

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Sosial-İqtisadi Kollecdə Silahlı Qüvvələr Günü qeyd olunub

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

“SABAH” qruplarına professor-müəllim heyəti işə dəvət olunur

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

“Azərpoçt” Silahlı Qüvvələri Günü ilə əlaqədar xüsusi rejimdə fəaliyyət göstərəcək

Baş direktor: Türk mütəxəssislərinin Azərbaycana gətirilməsi sənayenin inkişafına güclü təkan verə bilər

Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir

Nurlan İsmayılbəyli: Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

“Qəbələ” klubuna yeni məşqçi təyin olunub

Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb

MEK-də Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar sərgi təşkil edilib

Avropa gənclərinin elçiləri COP29 konfransının əhəmiyyətindən bəhs edirlər