DÜNYA
Misirdə dağıdılmamış qəbir tapılıb
Qahirə, 25 noyabr, AZƏRTAC
Yerli KİV-lər xəbər verirlər ki, 2008-ci ildən Miriam Sekonun rəhbərliyi altında Luksorda firon III Tutmosun sərdabəsinin qazıntısında çalışan İspaniya arxeoloqları dağıdılmamış qadın qəbri tapıblar.
Xəbər verilir ki, qədim qarətçilər qayanın dağılması səbəbindən sərdabəyə gedib çıxa bilməyiblər. Daşı qaldırdıqdan sonra alimlər taxta sarkofaq, onun içərisində isə gənc qadının əzilmiş mumiyasını aşkar ediblər. Qadının bəzək əşyaları - yarımqiymətli daşlardan və qızıl lövhələrdən boyunbağı və qızıl kulon, topuqlarındakı gümüş halqalar və qızıl məftildən düzəldilmiş bilərziklər onun yüksək təbəqəyə mənsub olduğunu göstərir.
Qəbir firon III Tutmosun sərdabəsinin yaxınlığında yerləşən nekropoldan tapılıb. O, orta şahlıq dövrünə - e. ə. III-II minilliyə aiddir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə