DÜNYA
Misirdə kütləvi aksiyalar davam edir
Bakı, 27 sentyabr (AZƏRTAC). Misirdə hərbi çevriliş əleyhinə kütləvi aksiyalar davam edir.
“Əl Cəzirə” telekanalının məlumatına görə, sentyabrın 27-də cümə namazında iştirak edənlər Qahirənin mərkəzi meydanına toplaşaraq “Yaşasın inqilab!”, “Rədd olsun hərbi çevriliş!” şüarlarını səsləndirmişlər.
Kütləvi aksiyalar İsgəndəriyyə, Süveyş və digər şəhərlərdə də keçirilmişdir. Polis və ordu hissələri aksiyaları dağıtmağa cəhd etmişlər.
Misirin böyük şəhərlərində polis əməliyyat axtarış tədbirləri keçirərək “Müsəlman qardaşları” Cəmiyyətinin 19 üzvünü həbs etmişdir. Bu şəxslər Misir ictimaiyyəti arasında böyük nüfuza malikdirlər. Onların arasında ruhani alimlər də vardır. Siyasi müşahidəçilər hesab edirlər ki, hərbi çevrilişlə hakimiyyəti ələ keçirən general Əbdülfəttah Sisi prezident seçilsə də, ölkədə sabitliyi bərpa etmək çətin olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]