DÜNYA
Misirdə sabiq prezident Məhəmməd Mursinin 12 tərəfdarı edam cəzasına məhkum olunub
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də Misir məhkəməsi 2013-cü ildə Qahirənin cənubunda yerləşən Əl-Minya əyalətində polis məntəqəsinə hücum etməkdə ittiham olunan 12 nəfərə ölüm hökmü çıxarıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu işlə əlaqədar 140 nəfər isə ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd olunur ki, məhkəmənin qərarı yekun xarakter daşıyır və ölkənin ali müftisinin müsbət qərarı ilə qəbul edilib.
İstintaqın məlumatına əsasən, ittiham olunan şəxslərin hamısı “Müsəlman qardaşları” hərəkatının üzvləridir və 2013-cü ilin avqust ayında Məhəmməd Mursinin devrilməsindən sonra baş verən qarşıdurmaların iştirakçılarıdır.
O zaman onlarla şəxsin Matay şəhərindəki polis məntəqəsinə daş, qaz balonları və yandırıcı maddələrlə dolu şüşələr atması nəticəsində polis zabiti həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]