İQTİSADİYYAT
Mobil operatorlar “Mobil nömrələrin daşınması sistemi”nin tətbiqini ləngidir
Bakı, 2 avqust (AZƏRTAC). Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il əvvəl hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günədək öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil nömrələrin daşınması sistemi”nin tətbiqi ləngiyir.
Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunmuş və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]