Moldova Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyub
Bakı, 5 oktyabr, AZƏRTAC
Moldova hakimiyyəti Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı ölkənin Fövqəladə Hallar üzrə Milli Komissiyası verib.
Komissiya öz qərarını daxili bazarın qorunması zərurəti ilə əsaslandırıb. Əvvəllər “Fermerlərin Gücü” assosiasiyasında birləşən Moldova fermerləri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edirdilər. Daha ucuz Ukrayna məhsullarının idxalı onları iflasla təhdid etdiyi üçün fermerlər kütləvi etirazlarla hədələyiblər.
Komissiyanın qərarına əsasən, buğda, qarğıdalı və günəbaxan toxumlarının idxalına yalnız Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi tərəfindən verilən lisenziya əsasında icazə veriləcək. Əkin üçün müəyyən məhsulların idxalına məhdudiyyət tətbiq edilmir.
On beş gün ərzində müvafiq nazirlik normativ-hüquqi bazanı hazırlayacaq və lisenziyaların verilməsinə cavabdeh olacaq xüsusi komissiya formalaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]