Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub

Moskva, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Moskvada, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Gənclərlə İş üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin prorektorları Marina Filatova və Aleksandr Muradov, Azərbaycanın və Rusiyanın gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar və başqaları iştirak ediblər.

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin prorektoru Aleksandr Muradov Forumu açaraq, ali təhsil ocağının tarixi, təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib.

Səfir Polad Bülbüloğlu çıxışında bildirib ki, bu ilin oktyabrında ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Baş nazirinin müavini Olqa Qolodets ilə görüşündə iki ölkə gənclərinin sıx əməkdaşlığının təmin edilməsi məqsədilə silsilə forum və konfransların keçirilməsinin əhəmiyyəti vurğulanıb. Diplomat, həmçinin Azərbaycan ilə Rusiya arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərindən söhbət açıb. Forumdan məqsədin iki ölkənin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi olduğunu qeyd edən səfir deyib: “Bizim nəsil bir ölkədə yaşayıb, ümumi ideologiya əsasında tərbiyə alıb. İndi vəziyyət kökündən dəyişib. Hər bir respublika müstəqil dövlətdir. Biz çalışmalıyıq ki, gələcəyimiz olan gənclərimiz, eləcə də dövlət xadimləri və ziyalılar, yaradıcı şəxslər arasında əlaqələr itməsin”. P.Bülbüloğlu ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov artıq ənənə halını alan Rusiya-Azərbaycan Gənclər forumlarının hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya və təcrübə mübadiləsinin aparılmasında əvəzsiz rol oynadığını bildirib. A.Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin “...biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir” fikrini toplantı iştirakçılarının diqqətinə çatdıraraq deyib: “İlk dəfə 2013-cü ildə Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda keçirilən Forumda qəbul edilən qətnamə qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəm bünövrəsini qoyub, gələcək əməkdaşlığa təkan verib. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Rusiya Azərbaycanlı Gənclər Birliyi hər iki ölkə gənclərinin bir araya gələrək müxtəlif mövzular ətrafında dialoq qurması, fikir mübadiləsi aparmasında böyük rol oynayır”.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara üzv olduğunu diqqətə çatdıran nazir bildirib ki, ölkəmiz dövrün tələblərindən irəli gələrək müxtəlif dövlətlərlə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Nazir A.Rəhimov Forum çərçivəsində aktual mövzular ətrafında aparılacaq müzakirələrdə gəncləri fəal olmağa və qarşılıqlı fikir mübadiləsi aparmağa çağırıb.

Rusiya Gənclərlə İş üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dmitri İvanov bildirib ki, təmsil etdiyi qurum Rusiyada təhsil alan azərbaycanlı gənclərin adaptasiyası istiqamətində fəal iş aparır. Rusiya hökuməti bu ildən başlayaraq gənclərin təşəbbüslərini dəstəkləmək üçün qrantların ayrılmasını Gənclərlə İş üzrə Federal Agentliyə həvalə edib. Bu, müxtəlif sahələri, o cümlədən mədəniyyət, tarix, sahibkarlıq və digər istiqamətləri əhatə edən layihələr ola bilər. Qanunvericiliyə əsasən, əcnəbi vətəndaşlar qrant ala bilməzlər. Lakin Rusiyada qeyri-formal tələbə birlikləri kimi qarşılıqlı fəaliyyət forması var. Rusiya vətəndaşı bu qrantları alıb BMT-nin üzvü olan istənilən dövlətdə layihələrin həyata keçirilməsi üçün istifadə edə bilər.

D.İvanov bu təcrübənin gələn il də davam etdiriləcəyinə ümid bəslədiyini söyləyib.

Açılış çıxışlarından sonra Forum işini “Könüllülük”, “Gənclər təşkilatları” və “Sahibkarlıq” mövzularında keçirilən panel iclasları ilə davam etdirib.

Dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalaya yola düşəcək. Səfər çərçivəsində müxtəlif təqdimatların keçirilməsi, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək

Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir

Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqlayıb

Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır VİDEO

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub VİDEO

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK VİDEO

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti azalıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür