DÜNYA
Mövlud Çavuşoğlu: Türkiyə və ABŞ silahlı birləşmələri Suriyanın Münbiç bölgəsində birgə əməliyyata başlayıb
İstanbul, 18 iyun, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın hərbi bölmələri Suriyanın Münbiç bölgəsində antiterror əməliyyatına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Nazir bildirib ki, Türkiyə və ABŞ-ın hərbi birləşmələri Münbiçə dair yol xəritəsinə uyğun olaraq bu gündən “Fırat Qalxanı” əməliyyatları keçirilən ərazi ilə Münbiç arasındakı ərazidə antiterror fəaliyyətinə başlayıb.
Qeyd edək ki, Münbiç yol xəritəsinin ilkin detallarına dair razılaşma iyunun 4-də Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında keçirilən görüşdə əldə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]