İQTİSADİYYAT
Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri müzakirə olunacaq
Bakı, 21 fevral, AZƏRTAC
Auditorlar Palatası aprelin 5-6-da "Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirməyi planlaşdırır.
Palatadan AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə nəzarətin yeni rolu və əhəmiyyətinə dair peşəkar müzakirələr aparmaq, bu sahədə tənzimlənmənin və institusional mexanizmlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərini dəqiqləşdirmək, beynəlxalq standartların tədbiqi, maarifləndirmə və əməkdaşlıq sahəsində tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Konfrans Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illiyinə həsr olunub.