Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibənin nəticəsinə təsir edən faktorlar (İkinci Qarabağ müharibəsinin nümunəsində)

Müharibənin nəticəsinə təsir edən faktorlar (İkinci Qarabağ müharibəsinin nümunəsində)

Bakı, 7 dekabr, AZƏRTAC

“Müharibənin başa çatması” (War termination) nəzəriyyəsinə görə, müharibənin müddəti və nəticəsi məqsədlərdə güzəştə getmək istəyi ilə sıx bağlıdır. Bu istəyin özünü də müharibənin gedişi müəyyənləşdirir. Liderlər qarşı tərəfin güzəştə getməsinə təsir edən amilləri - gücü, qətiyyəti və maliyyə resurslarını dəyərləndirməklə öz tələblərini dəyişdirə, hərbi nəticələr barədə gözləntilərin döyüş meydanında özünü doğruldub-doğrultmamasından asılı olaraq müharibə məqsədlərini yenidən nəzərdən keçirə bilərlər. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsində Ermənistan rəhbərliyini kapitulyasiya müqaviləsinə imza atmağa vadar etməklə qarşıya qoyulan bütün məqsədlərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti mayor Xəyal İsgəndərovun “Müharibənin nəticəsinə təsir edən faktorlar (İkinci Qarabağ müharibəsinin nümunəsində)” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əslində müharibələrin bitmə müddəti ilə bağlı hər hansı bir mülahizə irəli sürmək üçün əsaslı bir elmi tədqiqatın aparılması, müxtəlif faktorların qiymətləndirilməsi vacibdir ki, bu da ciddi riyazi hesablamalarla müşayiət olunmalıdır. Bu tip problemlə bağlı aparılan tədqiqat işlərinin sayı demək olar ki, məhduddur. Yalnız B.L.Slantçev 1816-1991-ci illər ərzində aparılan dövlətlərarası müharibələri təhlil etməklə onların müddətləri və sülh şərtləri barədə müəyyən mülahizələr irəli sürüb. A.A.Stein və B.M.Russettin də tədqiqat işi müharibələrin nəticələrinin qiymətləndirilməsi məsələlərinə həsr edilib.

XX əsrin əvvəllərinə qədər müharibənin başa çatması və sülh şərtləri ilə bağlı təxminlər, əsasən, şəxsi heyət itkisinə görə formalaşdırılırdı. Belə bir hipotez var idi ki, müharibədəki şəxsi heyət itkisi ilə müharibənin nəticəsi arasında çox ciddi asılılıq mövcuddur. Bu yanaşma XX əsrin 60-70-ci illərində aparılan tədqiqat işlərində özünü büruzə verib. Levis Riçardson qeyd edir ki, əhalisinin sayı daha az olan tərəf ümumi əhalisinin 0,05-5 faizini itirərsə, onda onun məğlubiyyəti qaçılmazdır. Klinqberqə görə, öz əhalisinin təxminən 3-4 faizini itirən tərəf təslim olmağa meyil edir. Lakin ötən əsrin 80-ci illərindən etibarən tədqiqatçılar bu yanaşmanın düzgün olmadığını iddia etməyə başladılar. Məsələn, Riçardsonun fikri ilə razılaşmayan Steven Rosen qeyd edib ki, “təxminən iki əsr müddətində baş vermiş 77 müharibədən yalnız 2-də ümumi əhalisinin 5 faizdən çoxunu itirmiş ölkələr məğlub olub. 77 müharibədən 23-də məğlub olan tərəf ümumi əhalisinin 0,05 faizindən az itki verib”. Nəticə etibarilə, həmin dövrün tədqiqatçıları yalnız şəxsi heyət sayını deyil, ümumi hərbi gücü diqqət mərkəzinə gətirməyə başladılar. Məlumdur ki, hərbi güc üç əsas faktordan asılıdır: şəxsi heyət, silah və texnika, təşkilati struktur. Bununla yanaşı, Rosen əsgərin fədakarlığını da xüsusi olaraq vurğulayıb.

Beləliklə, XX əsrin 80-ci illərindən başlayaraq, aparılan tədqiqatlarda müharibədə qazanılan müvəffəqiyyət bilavasitə hərb məharəti və texnologiya ilə əlaqələndirildi. Ötən əsrin sonlarından etibarən tədqiqatçılar, əsasən, müharibənin mənşəyini, müharibə müddətindəki və müharibədən bilavasitə sonrakı diplomatiyanı öyrənməyə başladılar. Bu məqalədə ümumiləşdirilmiş məlumatlar əsasında İkinci Qarabağ müharibəsinin bitməsi və sülh şərtləri barədə təhlillərin nəticələri təqdim edilir. Müharibənin müddəti onun rəsmən elan edilməsindən sülh və ya atəşkəs müqaviləsinin qüvvəyə mindiyi və bununla da həlledici döyüşlərin dayandığı ana qədər götürülür. Tərəflərinin hər biri üçün müharibənin aşağıdakı dörd nəticəsi ola bilər: məğlubiyyət, kompromis, mənfəət əldəetmə, qələbə.

Bəzi mənbələrdə çox nadir hallarda baş versə də müharibənin nəticəsi kimi heç-heçə (stalemate) də göstərilir. Azərbaycan bu nəticələrdən ən yüksəyinə - qələbəyə nail oldu. Çünki Müzəffər Ali Baş Komandanın qətiyyəti, Silahlı Qüvvələrimizin imkan və qabiliyyətləri, xalqımızın birliyi bizim bu nəticəni əldə etməyimizə tam imkan verdi. Beləliklə, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin müharibənin bitməsi ilə bağlı birgə bəyanatı imzalandı. Bu bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası birmənalı elan olundu. Müharibə başlamazdan öncə Ermənistanın münaqişədən mənfəət əldə etmə imkanı var idisə (Dağlıq Qarabağa muxtariyyətin verilməsi), İkinci Qarabağ müharibəsinin ilk mərhələsində (əks-hücum əməliyyatlarının başladılması və düşmənin müdafiə xəttinin yarılması) İrəvanın son iki nəticədən tamamilə məhrum olması məlum idi. Müharibənin ilk günlərindən şərtləri diktə edən tərəf Azərbaycan idi. Qeyd edək ki, rəsmi mənbələrdə Ermənistan ordusunun şəxsi heyət itkisi 2500-3000 nəfər göstərilir. Lakin bu, faktdır ki, Ermənistan rəhbərliyi itkilərin sayını xalqdan gizlədir, döyüş meydanında qalmış yüzlərlə cəsədi götürməkdən imtina edir, həlak olanları itkin düşmüş və ya fərarilik etmiş kimi qələmə verir. Hələ oktyabrın ortalarında türk və rus mətbuatında Ermənistan ordusunun təxminən 8 min, noyabrın əvvəllərində isə 13 min nəfərə qədər itki verməsi ilə bağlı məlumatlar yayılmışdı. Riçardsonun yanaşması ilə təxminən 2,5 milyon nəfər əhalisi olan Ermənistan noyabrın əvvəllərində ümumi əhalisinin 0,05 faizindən çoxunu itirmişdi ki, bu da məğlubiyyətə aparan ən əsas səbəblərdən biri idi. Çoxsaylı şəxsi heyət və hərbi texnika itkisinə məruz qalan Ermənistan həmin vaxt Azərbaycan tərəfinin şərtlərini qəbul etməklə sonradan verdiyi itkinin qarşısını ala bilərdi. Lakin Ermənistanın səbatsız siyasi rəhbərliyi şəxsi imicini düşündüyündən vəziyyəti real qiymətləndirə bilmədi.

Beləliklə, Ermənistanı müharibənin ən ağır nəticələri (kompromis və məğlubiyyət) ilə üz-üzə qoydu. Bu müharibədə Azərbaycan qəti qələbə qazandı. Lakin belə iddia edənlər də var ki, Azərbaycan Ordusu hücumu davam etdirməklə kapitulyasiya müqaviləsinə qədər Ermənistanın işğalında olan digər əraziləri də döyüşlə azad edə bilərdi. Fikrimizcə, bu çox qeyri-peşəkar bir yanaşmadır. Kəlbəcərin və Laçının coğrafi relyefi, Ağdərə-Ağdam istiqamətindəki istehkam qurğuları ən azından peşəkar hərbçilərə məlumdur. Şübhəsiz ki, müzəffər Azərbaycan əsgəri döyüşərək bu əraziləri də işğaldan azad etmək iqtidarında idi. Lakin bu da aydındır ki, həmin əməliyyatlar itkisiz mümkün deyildi və hava şəraiti ordunun irəliləməsinə öz mənfi təsirini göstərəcəkdi. Burada artıq Prezident İlham Əliyev siyasi uzaqgörənliyi və diplomatiyası öz sözünü dedi, əlavə itkilərə imkan vermədən digər torpaqlarımızın erməni işğalçılarından azad edilməsinə nail olundu. 10 noyabr müqaviləsi tamamilə Azərbaycanın xeyrinə və vaxtında imzalanmış bir sənəddir.

Digər ən çox müzakirə olunan məsələ isə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlıdır. “Əgər işğal olunmuş ərazilərdən son erməni əsgəri çıxarılana qədər müharibə davam etsəydi, rus sülhməramlılarını yerləşdirməyə ehtiyac qalmayacaqdı” deyə fikirlər səsləndirilir. Bu da düzgün yanaşma deyil. Siyasi və hərbi rəhbərliyin məqsədi erməni işğalçılarını, erməni əsgərini qovmaq idi ki, Ordu bu işi müvəffəqiyyətlə yerinə yetirdi. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onları yaşadıqları yerdən qovmaq heç bir zaman Azərbaycan siyasi kursunda nəzərdə tutulmayıb. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Dağlıq Qarabağda döyüşən hərbi qüvvələrin şəxsi heyətinin 90 faizi Ermənistan vətəndaşları idi. Ona görə də Qarabağın ermənilər yaşayan hissəsində sülhməramlı missiyanın yerləşdirilməsi bütövlükdə Azərbaycanın məqsədinə xidmət edir. Çünki orada sülhməramlı əsgərlər olmasaydı, heç kim təminat vermir ki, Ermənistandan olan təxribatçılar keçmişdə etdikləri kimi, Qarabağ ermənilərindən bir neçəsini öldürüb “Azərbaycanlılar əliyalın erməniləri qətl edir” imici yaratmağa çalışmayacaqdı. Bundan əlavə, Rusiyanın ən ali səviyyədə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi dəfələrlə vurğulaması ərazi bütövlüyümüzə və beynəlxalq hüquq normalarına olan hörmətin göstəricisidir. Noyabrın 10-dakı razılaşmasına əsasən, Dağlıq Qarabağda 1960 rus əsgərinin yerləşdirilməsi qərara alınıb. Bunu “Qarabağda rus ordusu yerləşdirilib” kimi təqdim etmək düzgün deyil.

Onu da qeyd etmək lazımdır ki, Qarabağda rus sülhməramlıları ilə yanaşı, qardaş Türkiyə Respublikasından gələcək əsgərlər də xidmət göstərəcəklər və Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzi yaradılacaq. Həmin mərkəzin yeri isə Azərbaycan tərəfindən müəyyənləşdiriləcək. Bu baxımdan Azərbaycanın hərbi və diplomatik qələbəsinə kölgə salınmasına qəti yol verilməməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Nazir müavini: Bizi davamlı sülh naminə bir araya gətirə biləcək yeganə anlayış mədəniyyətdir

Yalçın Rəfiyev: Siyasi baxışlar baxımından dünyada müxtəliflik getdikcə artır

Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb

Tarixçi-alim: Alban abidələrinin tarixi izləri işğal dövründə təhrif edilib

Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır