İQTİSADİYYAT
“Mühasibat Uçotu üzrə Milli Sertifikat” imtahanının nəticələri elan olunmuşdur
Bakı, 8 yanvar (AZƏRTAC). GRBS® Beynəlxalq Tədris Mərkəzində keçirilən “Mühasibat Uçotu üzrə Milli Sertifikat” (beynəlxalq, əsaslar) imtahanının nəticələri elan olunmuşdur.
İmtahanda iştirak edən 14 yerli mühasib və auditorlardan 9-u uğurlu nəticə əldə etmişdir.
Yaxın günlərdə Auditorlar Palatası ilə GRBS® Beynəlxalq Tədris Mərkəzi tərəfindən təqdim olunan beynəlxalq səviyyəli Milli Sertifikatla təltifetmə mərasimi keçiriləcəkdir.
Auditorlar Palatasının sədri Vahid Novruzov, GRBS® Beynəlxalq Tədris Mərkəzinin İdarəedici tərəfdaşı Bəhram Qurbanov, Beynəlxalq Professional Kvalifikasiyalar departamentinin direktoru Subhan Qasımlı və digər mütəxəssislərin mərasimdə iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]