ELM VƏ TƏHSİL
“Müstəqillik dövrü Azərbaycan poeziyasının dil və üslub xüsusiyyətləri” kitabı çap olunub
![“Müstəqillik dövrü Azərbaycan poeziyasının dil və üslub xüsusiyyətləri” kitabı çap olunub](/files/2022/1/1200x630/16456192491702141545_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparici elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyevanın “Müstəqillik dövrü Azərbaycan poeziyasının dil və üslub xüsusiyyətləri” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən əsərin elmi redaktorları filologiya üzrə elmlər doktoru mərhum Məhəbbət Mirzəliyeva və professor Sayalı Sadıqovadır. Rəyçiləri isə dosentlər Həbib Mirzəyev və Elçin İbrahimovdur.
Monoqrafiyada həm sovet dövründə, həm də müstəqillik illərində yazıb-yaratmış şairlərimizin poeziyası linqvokulturoloji aspektdə təhlil edilib.
Üç fəsildən ibarət kitabda müstəqillik dövrü Azərbaycan şeirinin dil özəlliyi, qrammatik, leksik-semantik, üslubi və frazeoloji xüsusiyyətləri araşdırılıb. Əsərdə Azərbaycan poeziyasında Qarabağ, multikulturalizm, əbədilik, məhəbbət, xeyir-şər konseptləri fərqləndirilib, imla qaydaları və durğu işarələri məsələləri konkret nümunələr əsasında nəzərdən keçirilib.
Kitab filoloqlar, dilçilər, şair və yazıçılar, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulur.