Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müstəqillik Günü və Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib VİDEO

Madrid, 27 may, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfirliyi 28 May - Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Təntənəli mərasimdə əvvəlcə İspaniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Müstəqillik Gününün 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi tarixi ilə bağlı olduğunu qeyd edib.

Səfir diqqətə çatdırıb ki, 23 ay mövcud olmasına baxmayaraq, Şərqdə ilk dünyəvi və parlamentli respublika həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarını - çoxpartiyalı sistemi, plüralist parlamenti, azad kütləvi informasiya vasitələrini təsis edib. Etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların mülki və siyasi hüquqları təmin edilib, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınların seçki hüququ təsbit olunub.

Bildirilib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığını göstərərək özünü birinci respublikanın varisi elan edib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilib, hazırda ölkəmiz iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn aliliyinə hörmət edilməsi, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, o cümlədən dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmamasının rəhbər tutulması, digər dövlətlər, beynəlxalq və regional təşkilatlarla və təsisatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində fəaliyyətin aparılması əsas yer tutur.

Enerji sahəsində əməkdaşlığın iqtisadi sektorda mühüm yer tutduğunu diqqətə çatdıran səfir Azərbaycanın digər sahələrlə yanaşı, bu sektorda da etibarlı tərəfdaş kimi tanınmasının, “Əsrin müqaviləsi”ni yeniləyən Sazişin imzalanmasının, habelə Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsinin təşkil edən Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) təbii qaz boru xətlərinin tam şəkildə istismara verilməsinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynamasının göstəricisi olduğunu bildirib.

Səfir bildirib ki, Azərbaycan ilə dost İspaniya arasında diplomatik münasibətlər 1992-ci il fevralın 11-də qurulub, ötən 30 il ərzində iki ölkə arasında bir çox sahəni əhatə edən əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. 2005-ci ildə İspaniyada Azərbaycan səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. 2014-cü ildə İspaniyanın diplomatik nümayəndəliyi Azərbaycanda fəaliyyətə başlayıb.

Vurğulanıb ki, Azərbaycan İspaniyanı özünün strateji tərəfdaşı kimi görür və İspaniya ilə həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır.

Çıxışın sonunda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edən 2022-ci ildə dost İspaniya ilə yüksək səviyyədə olan əlaqələrin daha da dərinləşəcəyinə - növbəti səviyyəyə qaldırılacağına əminlik ifadə olunub.

Daha sonra çıxış edən İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean Baş idarəsinin rəisi Xaviyer Salido Ortis 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarının təmin edildiyi, bir çox Qərbi Avropa dövlətlərindən daha əvvəl - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququna malik olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib, İspaniya Azərbaycanın müstəqilliyini tanıyan və Azərbaycanla diplomatik əlaqələrini quran ilk ölkələrdən biri olub.

Daha sonra istedadlı caz ifaçısı, soydaşımız Elbəy Məmmədzadənin ifasında Azərbaycan və dünya caz musiqisinin inciləri səsləndirilib. Musiqi parçaları tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ləziz təamlarından, milli məhsullarımızdan dadıb, ölkəmizin tarixini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən videoçarxlarla tanış olublar.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Müstəqillik Günü və Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Tikintiyə yaramayan səhra qumu

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO