Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

M.V.Lomonosov adına MDU-nun Bakı Filialında ənənəvi beynəlxalq “Coğrafi imla” keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Rus Coğrafiya Cəmiyyətinin “Coğrafi imla” beynəlxalq maarifləndirmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, MDU-nun Bakı Filialında üçüncü dəfədir təşkil edilən bu tədbirdə iştirakçılar üçün bütün zəruri şərait yaradılıb, texniki cəhətdən yüksək səviyyədə təchiz edilmiş auditoriyalar ayrılıb. Tədbir məktəblilər, tələbələr, habelə müxtəlif nəsildən olan insanlar və ayrı-ayrı ixtisas sahibləri tərəfindən böyük maraqla qarşılanıb. “Coğrafi imla”ya M.V.Lomonosov adına MDU-nun professorları və dosentləri moderatorluq ediblər. İmlanın iştirakçıları və moderatorları tədbirin yüksək səviyyədə təşkil edildiyini və layihənin reallaşdırılmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıblar.

İmlanın moderatorlarından biri - M.V.Lomonosov adına MDU-nun Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko deyib: “Coğrafi imla” nəinki beynəlxalq miqyasa malik hadisədir, həm də bu sahədəki yenilikləri və maraqlı olanları öyrənməyə, dünyagörüşünü genişləndirməyə imkan yaradan maarifləndirici tədbirdir. “Coğrafi imla” böyük uğur qazanıb. Bunu tədbirə gələnlərin sayının artması da göstərir. Məktəblilər, tələbələr, orta və hətta yaşlı nəsildən olan insanlar bu tədbirə böyük həvəslə qoşulurlar. Düşünürəm ki, “Coğrafi imla”nı hər il keçirmək lazımdır”.

Digər moderator - M.V.Lomonosov adına MDU-nun Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Qriqori Çeçkin deyib: “Coğrafi imla”nın keçirildiyi yer - MDU-nun Bakı Filialı çox böyük məkandır. Artıq üçüncü dəfədir burada keçirilən imlada iştirakçılar üçün yüksək şərait yaradılıb. “Coğrafi imla”nın Bakı Filialında reallaşdırılması riyaziyyat, kimya və digər elmlərin dünya səviyyəsində tədris olunduğu bu ali təhsil ocağının imicinə böyük təsir göstərir. “Coğrafi imla”, həmçinin ölkələr arasında münasibətlərdə, o cümlədən dostluğun daha da möhkəmləndirilməsində mühüm rol oynayır”.

Qeyd edək ki, “Coğrafi imla”da yaşından, sosial mənsubiyyətindən, dinindən və vətəndaşlığından asılı olmayaraq hər kəs iştirak edib. Ən gənc iştirakçı 11, ən yaşlı iştirakçı 75 yaşında idi.

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbi kafedrasının professoru Rüfət Qasımov deyib: “75 yaşım var. Burada iştirak etmək mənə stimul verir. Heç kəs deyə bilməz ki, o, hər şeyi bilir. İnsan yaşından asılı olmayaraq ömürboyu öyrənməlidir ki, öz biliyini və təcrübəsini gələcək nəsillərə ötürsün. Böyük sayda məktəblilərin və tələbələrin bu imlada iştirak etməsi çox sevindirici haldır, çünki onlar bizim gələcəyimizdir. İntellektuallar çox olduqca Azərbaycan daha da yaxşı inkişaf edəcək”.

“Coğrafi imla”nın ən gənc iştirakçısı - Bakı şəhərindəki 18 nömrəli məktəbin V sinif şagirdi Anar Əsgərov deyib: “Altı yaşından coğrafiyaya marağım var. Xəritəyə və ya qlobusa baxanda xəyalən ölkələrə, şəhərlərə səyahət edirəm. Ölkələri, dənizləri, dağları, çayları öyrənmək çox maraqlıdır. Coğrafiya bizim planetimizin, insanların həyatının parlaq təsviridir”.

Paytaxtımızdakı 134 nömrəli məktəbin şagirdi, 15 yaşlı Selin Məmmədova bildirib: “İlk dəfədir “Coğrafi imla”da iştirak edirəm. Bunun mənim üçün böyük mənası var. Coğrafiya məktəbdə sevimli fənnimdir. Coğrafiyanın sayəsində biz planetimiz, onun iqlimi, bitki və heyvanlar aləmi haqqında maraqlı məlumatları öyrənirik. Coğrafiyanı bilmədən bir çox suallara, hətta gündəlik həyatımızda rast gəlinən suallara belə cavab vermək çətindir. Buna görə də “Coğrafi imla”nın keçirilməsini təhsil həyatımızda mühüm hadisə hesab edirəm”.

Qeyd edək ki, “Coğrafi imla”da iştirak etmək könüllü və pulsuzdur.

MDU-nun Bakı Filialında keçirilən tədbirdə imla başlanmazdan əvvəl nümayiş etdirilən Rus Coğrafiya Cəmiyyətinin videomaterialları böyük maraqla qarşılanıb.

İmla başlanmazdan əvvəl hər bir iştirakçıya imlanı yazmaq üçün blank, tapşırıqların mətni yazılmış blank paylanıb. İmlanın hər variantı 40 sualdan ibarət olmaqla çətinlik dərəcəsinə görə fərqlənən iki hissədən ibarətdir. Birinci hissə baza səviyyəsində (“coğrafi likbez”) 10 sualdan ibarət olub. Bu hissə coğrafiya haqqında hamıya məlum olan faktlar əsasında tərtib edilib. İkinci hissə (30 sual) iştirakçıdan obrazlı düşünmə, sistemli məntiq və erudisiya tələb edib. İştirakçıların təlimatlandırılması vaxtı da nəzərə alınmaqla imla üçün ümumilikdə 60 (15 dəqiqə - təlimatlandırma, 45 dəqiqə imla üçün) dəqiqə ayrılıb.

İmlanın tapşırıqlarının işlənib hazırlanmasında və yoxlanmasında coğrafiya üzrə və intellektual oyunların yaradılması sahəsində mütəxəssislər iştirak edirlər.

İmlanın nəticələri http://dictant.rgo.ru saytında yerləşdiriləcək. Hər bir iştirakçı 11 işarəli eyniləşdirmə nömrəsinə əsasən 2019-cu il noyabrın 29-da öz nəticəsini öyrənə biləcək.

Xatırladaq ki, fəaliyyət göstərməsinin 11-ci ildönümünü bu il qeyd edən MDU-nun Bakı Filialı, həmçinin beynəlxalq layihələrin və tədbirlərin yüksək səviyyədə və uğurla həyata keçirildiyi məkandır. Bu illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayevanın böyük zəhməti sayəsində universitet bir çox uğurlara imza ataraq Azərbaycanın ən yaxşı ali məktəblərindən birinə çevrilib. Filialda altı fakültə - tətbiqi riyaziyyat, kimya, filologiya, psixologiya, iqtisadiyyat və fizika fakültələri fəaliyyət göstərir. Universitetin zəngin kitabxanası, tədris prosesinin təmin edilməsi və elmi tədqiqat işləri aparılması üçün zəruri olan, demək olar ki, istənilən dərəcədə mürəkkəb eksperimental araşdırmalar aparmağa imkan verən ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyaları var.

Filialda həm tələbələr, həm də müəllimlər üçün lazım olan bütün şərait yaradılıb. Tədris 2012-ci ildən əsasən Bakı Filialının Xocasəndə yerləşən mükəmməl kampusunda aparılır. Kampusun yataqxanalarında 200-dən çox tələbə və ali təhsil ocağının 80 müəllimi yaşayır. Bakı Filialı həm humanitar, həm də fundamental elmlər sahəsində gənc tədqiqatçıların sayının artmasına xüsusi diqqət yetirir. Artıq dördüncü ildir ki, Moskva Dövlət Universitetinin əyani aspiranturasında Bakı Filialının məzunları üçün yer ayrılır.

Filialın nisbətən qısa müddətdə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tədris və elmi-akademik fəaliyyətin bütün sahələrində qazandığı nailiyyətləri çox sadalamaq olar. Rus Coğrafiya Cəmiyyətinin rəhbərliyi məhz Filialın bütün uğurlarını və nailiyyətlərini nəzərə alaraq bu imlanın məhz MDU-nun Bakı Filialında keçirilməsi təşəbbüsü ilə Filialın rektoru akademik Nərgiz Paşayevaya müraciət edib.

1845-ci ildə yaradılmış Rus Coğrafiya Cəmiyyəti coğrafiya və digər əlaqəli elmlər sahəsində mütəxəssisləri, habelə entuziast səyahətçiləri, ekoloqları, ictimai xadimləri bir araya gətirir.

2015-ci il də Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilk dəfə Ümumrusiya “Coğrafi imla” tədbiri keçirilib. 2017-ci ildən tədbir beynəlxalq miqyas alıb və bununla əlaqədar tədbirin keçirildiyi regional məkanlar formalaşıb. Həmin il bu tədbirdə 270 min nəfər, 2018-ci ildə 376 min nəfər iştirak edib. Aksiya 97 ölkədə keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var

Birinci Qarabağ müharibəsi şəhidinin meyitinin qalıqları Ağdaşda torpağa tapşırılıb

Azərbaycanla Monteneqro arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib

Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri

Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq

Şuşada azad edilmiş ərazilərdə biznes imkanlarına dair panel müzakirələr keçirilib VİDEO

Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO

® “Azercell”in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

Parklanma ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib - ŞƏRH

AzMİU-da yaz semestrinin imtahan sessiyası yekunlaşmaq üzrədir