DÜNYA
NASA meteoritdə yerdənkənar həyatın izlərini aşkar etmişdir
Bakı, 9 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) bir qrup alimi Yerdənkənar həyat formalarının varlığını təsdiq edən tədqiqatın nəticələrini açıqlamışdır.
Bi-Bi-Si xəbər verir ki, Riçard Huverin başçılıq etdiyi tədqiqat qrupu meteorit süxurunda tapılan kömürlü xondrit nümunələrini mikroskop altında öyrənərək belə qənaətə gəlmişdir ki, bir neçə meteorit nümunəsində aşkara çıxarılan çox xırda varlıqların daşlaşmış qalıqları “yerli orqanizmlərdir” və gəlib Yer kürəsinə düşməmişdən əvvəl bu asteroiddə olmuşdur. Bundan əlavə, meteoritlərdə külli miqdarda su və bəzi üzvi maddələr aşkar edilmişdir.
R.Huver demişdir: “Bu kəşf sayəsində belə qənaətə gəlmək olar ki, həyat hər yerdə vardır və ilk orqanizmlər Yerə kosmosdan düşə bilərdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]