REGİONLAR
Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Rusiyada dərc olunub
Naxçıvan, 8 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin elmi məqaləsi Rusiyanın Penza şəhərində “Avropa Elmi Konfransı“ (European Scientific Conference) jurnalında nəşr olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Şəxsiyyətləşdirmə və onun digər oxşar stilistik vasitələrdən fərqi” (Personification and its difference from other similar stylistic devices) adlı elmi məqalədə ən çox istifadə olunan leksik-üslubi vasitələrdən biri olan personifikasiyanın incə məqamlarından bəhs olunur.
Elmi məqalədə məcazın bir növü kimi personifikasiyanın insan keyfiyyət və xüsusiyyətlərinin cansız cisimlər üzərinə köçürülməsi olduğunu qeyd edən müəllif tədqiqat əsərində personifikasiyanın təqliddən, antropomorfizmdən, zoomorfizm, təşbeh və metonimiyadan fərqi xüsusiyyətlərini araşdırıb.