Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Qədimliyi və müasirliyi ilə diqqəti cəlb edən Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Ötən aylar ərzində keçirilən, mühüm əhəmiyyət kəsb edən davamlı tədbirlər qədim diyarımızın mədəniyyət tarixində özünəməxsus yer tutdu. Bütün bunlar bir daha göstərdi ki, Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı bir məkandır. Naxçıvan həm də İslam, ümumilikdə isə dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən qədim mədəniyyət mərkəzidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Sədri Vasif Talıbovun dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulmuş, Türk-İslam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbirində bu fikirlər bir daha xüsusi vurğulandı.

2018-ci il muxtar respublikanın tarixində möhtəşəm hadisələrlə yadda qaldı

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən, 2017-ci il noyabrın 25-də və 2018-ci il iyunun 7-də Təşkilat Komitəsinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə iclasların keçirilməsi, hazırlıq işləri ilə bağlı məsələlərin ətraflı müzakirə olunması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi əhəmiyyətli uğurlara imza atmasına əsaslı zəmin yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən hazırlanan və nümayiş olunan “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipi isə bütün İslam dünyasında böyük rəğbətlə qarşılandı. Bunu muxtar respublikamıza səfərə gələn müsəlman ölkələrinin yüksək səviyyəli təmsilçiləri də dəfələrlə vurğuladılar. Üzərində loqotip əks olunmuş 100 min zərfin, 100 min poçt markasının, markalardan ibarət 200 bukletin, 500 döş nişanı və suvenirlərin, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018”in rəsmi internet səhifəsinin hazırlanması da bu istiqamətdə görülən işləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Digər tərəfdən Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən foto¬şəkillərin ISESCO-nun saytında yerləşdirilməsi muxtar respublikamızın daha geniş miqyasda tanınmasına şərait yaratdı.

Tarixi-mədəni irsin təbliğində bu il ərzində işıq üzü görən yeni nəşrlərin rolunu xüsusi qeyd etmək lazımdır. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları, eləcə də məşhur naxçıvanlı mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliyinin birinci cildinin tərcümə edilərək nəşr edilməsi diyarımızın qədim tarixinin, burada formalaşan böyük mədəniyyətin geniş kütlələrə çatdırılmasında əhəmiyyətli rol oynayır. Ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxı da hazırlanıb.

İyunun 20-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılışı isə Naxçıvanda əsl bayram təntənəsi yaşatdı. Açılış tədbirindən sonra muxtar respublikada dünya şöhrətli ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutcugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgisinin, dünya şöhrətli İran rəssamı və miniatür ustadı Mahmud Farçciyanın sənət sərgisinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konsertinin, “İslam filmləri həftəsi”nin, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın, “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı II beynəlxalq konfransın keçirilməsi çox mühüm ictimai-mədəni hadisələr kimi qədim diyarımızın tarixində uzun müddət qalacaq.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı tərəfindən VII Beynəlxalq Klassik Musiqi Festivalı, ISESCO-nun Yaşıl Şəhər Strategiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Misirdən olan ekspertlərin iştirakı ilə regional toplantı, mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu ilə bağlı milli seminar, ekstremizm və islamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti üzrə milli seminar və digər tədbirlər keçirilib. Bütün bunlarla bağlı çoxsaylı xəbərlər beynəlxalq informasiya agentlikləri tərəfindən əhəmiyyətli məlumatlar kimi dünyaya yayılıb.

Naxçıvan İslam dünyasında mədəniyyətlərarası əlaqələrin inkişafına öz töhfəsini verdi

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbirində çıxış edən qonaqların fikirlərindən bir daha belə qənaətə gəlmək olar ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını yerinə yetirməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələrin yeni mərhələdə möhkəmləndirilməsinə xidmət etdi. Çünki Naxçıvan İslam dünyasında ən qədim şəhərlərdən biridir və tarixboyu burada formalaşan böyük mədəniyyət İslam aləmi üçün zəngin bir xəzinə kimi həmişə dəyərli olub. Bağlanış tədbirində çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Əminə əl-Həcri¬nin dediyi kimi: “Beşminillik tarixə malik olan Naxçıvan ən qədim şəhərlərdən və mədəniyyət mərkəzlərindən biridir. İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhəri İslam alimləri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarixboyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır”.

Həmin gün - dekabrın 15-də “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı II beynəlxalq konfransda çıxış edən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş isə digər vacib bir məsələni diqqətə çatdırıb. O vurğulayıb ki, İslam mədəniyyətlərinin paytaxtları seçilərkən konkret meyarlar əsas götürülür. Belə ki, seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan, eyni zamanda, İslam mədəniyyətinə, bəşəri dəyərlərə töhfə verməlidir. Tələb olunan amillərin də Naxçıvanda mövcudluğu bu qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində mühüm rol oynayıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, ümumilikdə, Türk dünyası üçün böyük şərəf və qürurdur. Çünki Naxçıvan qədim Türk yurdudur və Türk dünyasında, o cümlədən İslam dünyasında özünəməxsus yerə malikdir.

Həqiqətən də, tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində bir sıra mühüm məsələlər əsaslı rol oynayıb. Həmin məsələlərdən hər biri həm ayrılıqda, həm də ümumilikdə, əhəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini tamamlayır. Naxçıvan möcüzəsi də məhz budur: sadalanan onlarla səbəblər zənciri dahilər yurdunun İslam Mədəniyyətinin Mərkəzinə çevrilməsini qaçılmaz edib.

Təkallahlılıq dünyaya ilk dəfə olaraq Naxçıvandan yayılıb

Yeri gəlmişkən, dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, bura Nuh Peyğəmbərin Vətənidir. Təkallahlılıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Əshabi-Kəhfdə qeyb olan insanlar da tək Allaha inanıblar və mağarada Uca Yaradana pənah gətiriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir, mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur”.

Onu da xatırladaq ki, əsrlərboyu çox böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb, tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx idi. Naxçıvanda hələ İslam dini yayılmamışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib. Bu inkişaf İslam dininin qəbulundan sonra yeni müstəviyə qədəm qoyub. Belə ki, Naxçıvanın yetişdirdiyi böyük İslam alimlərindən olan Baba Nemətullah Naxçıvani müqəddəs kitabımız “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. O, İslam dininin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan, bu gün də Avropada əsərləri hərtərəfli tədqiq olunan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə İslam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb. Onun Möminə xatın, Yusif Küseyir oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə güzgü tutur.

Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması onun yüksəlişinə, şərəfli tarixi keçmişinə verilən yüksək beynəlxalq qiymətdir

Naxçıvanın yetişdirdiyi belə elm, mədəniyyət, siyasət dahilərinin sayı onlarladır. Ən əsası odur ki, aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan bu gün sosial-iqtisadi sahədə olduğu kimi, elm və mədəniyyət sahələrində də liderliyini qoruyur. İslam Mədəniyyətinin Paytaxtı olması isə onun yüksəlişinə, o cümlədən şərəfli tarixi keçmişinə verilən yüksək beynəlxalq qiymətdir.

Bu məqamda o da vurğulanmalıdır ki, dünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənlər də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli bir ada hələ də layiq görülməyiblər. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü və bu missiyanı uğurla yerinə yetirdi. Həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə.

Doğma yurdumuzun İslam dünyasında rəğbət qazanmasının digər bir səbəbi odur ki, müasir Naxçıvan Qərbyönlü inkişafın əsas meyillərini təcəssüm etdirsə də, Şərq mühitinin özünəməxsus aurasını qoruyub saxlaya bilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində əsaslı şəkildə bərpa edilmiş XIX əsrə məxsus Came məscidi, Nuh Peyğəmbərin türbəsi, Zaviyə-mədrəsə binası, həmçinin Möminə xatın, Yusif Küseyir oğlu türbələri, Naxçıvanqala, Xan sarayı, İsmayılxan hamamı həm də böyük İslam mədəniyyətini özündə yaşadan qədimlik ənənəsinin əsaslı nümunələridir. Görkəmli şair-dramaturq Hüseyn Cavidin şəbəkə ilə işlənmiş türbəsi də bu ənənələrdən bəhrələnərək ucaldılıb. Belə bir mötəbər məkan İslam Mədəniyyətinin Paytaxtı adına ancaq ucalıq gətirir.

Təsadüfi deyil ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsindən sonra keçirilən bir sıra tədbirlərdə iştirak edən xarici ölkələrin mədəniyyət xadimləri Naxçıvanın qədim tarixinə və onun müasir görkəminə heyranlıqlarını ifadə edir, şəhərimizin mədəni həyatındakı yeniliklərlə maraqlanırdılar. Söz yox ki, bu tədbirlərin iştirakçısı olan xarici ölkə vətəndaşları Naxçıvan haqqında, onun tarixi və mədəniyyət abidələri barədə öz ölkələrində ətraflı məlumatlar verirlər.

İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modeli dünyaya təqdim edildi

Bu gün Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb. Qədim diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünəməxsus yeri var. Məhz bu mənada, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması İslam mədəniyyəti tarixinə qızıl hərflərlə yazıldı, tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti də özündə əks etdirən Naxçıvan modeli dünyaya təqdim olundu. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması bir illə məhdudlaşmır. Naxçıvan İslam sivilizasiyanın və Türk dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub saxlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb