Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

Naxçıvan, 7 iyun, AZƏRTAC

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxıblar.

Sərgidə “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” gümüşdən hazırlanan loqotipi, üzərində loqotip əks olunan döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipinin tanıtım videoçarxı, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanan əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş olunurdu.

Sərgiyə baxışdan sonra Təşkilat Komitəsinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də ilk iclası keçirilmiş, ötən dövrdə isə işçi qrupu səviyyəsində yığıncaqlar olmuşdur. Bu gün isə Təşkilat Komitəsinin ikinci iclası keçirilir. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Bununla bağlı Tədbirlər Planına uyğun olaraq müvafiq hazırlıq işləri görülür.

İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” loqotipi hazırlanıb. Hazırda Naxçıvan şəhərindəki monitorlarda, Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvan şəhərinin girişində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və “Təbriz” otelində loqotip nümayiş olunur. Bundan əlavə, kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə də loqotip tanıdılır. Üzərində loqotip əks olunmuş 100 min ədəd zərf, 100 min ədəd poçt markası, markalardan ibarət 200 ədəd buklet, 500 ədəd döş nişanı hazırlanıb. Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə Xatın, Yusif Küseyroğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Muxtar respublikanın türk-islam mədəniyyəti abidələrinin təbliği məqsədilə çap materiallarının hazırlanması da diqqətdə saxlanılıb. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları nəşr olunub. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” rəsmi internet səhifəsi, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxı, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlər hazırlanıb.

Diqqətə çatdırılıb ki, 2018-ci il fevralın 21-də ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi” mövzusunda interaktiv dərs keçirilib. Muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin təmir və bərpası da diqqətdə saxlanılır. Hazırda Şərur rayonundakı Yengicə hamamında və Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı bərpa işləri davam etdirilir. Eyni zamanda, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı ISESCO-nun saytına yerləşdirmək üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” loqotipi, Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən fotoşəkillər seçilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin muxtar respublikanın mədəniyyət müəssisələrində də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” devizi altında tədbirlər keçirilib.

İclasda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” açılış tədbirinin proqramı Təşkilat Komitəsinin üzvlərinə təqdim edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək deyib ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrası ötən dövrdə diqqətdə saxlanılıb. Azərbaycan Milli Kitabxanasında Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı sərgi açılıb, bütün ölkə kitabxanalarında müvafiq guşələr yaradılıb, mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Eyni zamanda ISESCO-nun saytında “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri haqqında ingilis, ərəb və fransız dillərində məlumat yerləşdirilib. “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirinə böyük maraq vardır. Beynəlxalq təşkilatların və islam ölkələrinin yüksək səviyyəli nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Qonaqların Bakı şəhərində qarşılanması və Naxçıvan şəhərinə yola salınması ilə bağlı bütün təşkilati işlər görülüb. Muxtar respublikada yaradılan müasir infrastruktur və islami dəyərlərin yaşadılması sahəsində görülən işlər tədbirin yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirinə hazırlıqla bağlı tapşırıqlar verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, cari ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət “İslam filmləri həftəsi” keçirilməlidir. İqtisadiyyat Nazirliyi “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlərin hədiyyələr mağazalarında satışının təşkilini diqqətdə saxlamalıdır. Tədbirlər Planına əsasən 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir. Təşkilat Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bu tədbirlərin keçirilməsini təmin etməli, İslam dinində ailə dəyərlərinin, eləcə də Ramazan və Qurban bayramlarının mahiyyəti elmi şəkildə izah olunmalıdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə açılış tədbirində iştirak edəcək ölkələrin siyahısını müəyyənləşdirməli, açılış tədbiri üçün eyni ölçüdə 2 ədəd Dövlət bayrağı, ISESCO-nun və üzərində “İslam mədəniyyətinin paytaxtı Naxçıvan -2018” loqotipi əks olunmuş bayraqlar hazırlanmalıdır. Açılış tədbirində nümayiş üçün hazırlanmış “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” filmi ingilis dilinə tərcümə olunmalıdır. Dram Teatrın foyesində “Mənim Naxçıvanım” foto sərgisi təşkil olunmalı, yarım saatlıq konsert proqramı hazırlanmalı, Naxçıvan Biznes Mərkəzində sərgi təşkil olunmalıdır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi açılış tədbirində ərəb və ingilis dillərində sinxron tərcüməni təmin etməlidir. Tədbirin proqramına əsasən iyun ayının 19-20-də qonaqların mədəni-kütləvi tədbirlərdə iştirakı və görməli yerlərlə tanışlığı üçün Nəqliyyat Nazirliyi avtobuslar ayırmalı, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi avtobuslara ingilis dilini bilən bələdçilər və öz nümayəndələrini müəyyənləşdirməlidir.

Ali Məclisin Sədri deyib ki, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri ISESCO-nun “Yaşıl şəhər strategiyası” ekspertlərinin görüşünün Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilməsini təmin etməli, Azərbaycan Milli Elmlər Akademiyasının Bioresurslar İnstitutu ilə birlikdə Naxçıvan təbiəti ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi açılmalıdır. Tədbir iştirakçılarının qarşılanması və yola salınması ilə bağlı məsələlər Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə, Mədəniyyət Nazirliyinə və Naxçıvan Beynəlxalq Hava Limanına tapşırılmışdır.

İclasda Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək deyib ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi əlamətdar hadisədir. Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcəkdir. Naxçıvan təktanrıçılığın mərkəzidir və qədim diyarda bununla bağlı 3 mühüm abidə vardır. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində İslami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Nəticədə Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış - elmi və mədəni yanaşma formalaşıb. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi və bununla bağlı görülən işlər İslama münasibətin Naxçıvan modeli, əslində isə ümumdünya miqyasında gerçək İslam modelidir. İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasında Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, “Naxçıvan xalçaları” və “İslamda müdrik kəlamlar” kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, açılış tədbirinin ölkə və dünya mətbuatında geniş işıqlandırılmasının vacibliyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək

Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir

Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqlayıb

Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır VİDEO

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub VİDEO

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK VİDEO

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti azalıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO