SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN M Ə L U M A T I
Mayın 8-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Ümumdünya Veteranlar Federasiyasının prezidenti Abdul Həmid İbrahimi qəbul etmişdir.
Qonağı salamlayan baş nazir Artur Rasizadə demokratik islahatlar yolu ilə irəliləyən müstəqil Azərbaycanın qarşısında duran ən böyük maneə kimi Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır nəticələrindən ətraflı danışdı.
Görüş zamanı Ümumdünya Veteranlar Federasiyası ilə respublikamızın müharibə veteranları təşkilatları arasındakı əlaqələr müsbət qiymətləndirildi və bu əməkdaşlığın veteranların qayğılarına diqqət baxımından səmərəli olacağı vurğulandı.
Qəbulda Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Balaoğlan Rüstəmov və Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Altay Məmmədov iştirak edirdilər.