DÜNYA
Kanada Çin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır
![Kanada Çin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır](/files/2024/2/1200x630/1718940024643944016_1200x630.jpg)
Bakı, 21 iyun, AZƏRTAC
Kanada hökuməti ABŞ və Avropa İttifaqından sonra Çindən elektriklə işləyən avtomobillərin ixracına tariflər tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Kanadanın Baş naziri Castin Trüdo hökuməti Çinin elektromobillərinə tariflərin tətbiqi məsələsi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələrin başlandığını tezliklə elan edə bilər.
Agentlik xatırladır ki, 2023-cü ildə Vankuver limanına Çin istehsalı olan təxminən 44 min 400 avtomobil göndərilib. Bu da əvvəlki rəqəmlərdən 5 dəfə çoxdur. Rəsmi Ottava Çin elektromobillərinin Kanada bazarını dolduracağından narahatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [17:41]
Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib
- 27.06.2024 [17:14]
Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
- 27.06.2024 [16:55]
Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb
- 27.06.2024 [16:13]
Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb
- 27.06.2024 [15:35]
Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır
- 27.06.2024 [15:23]
Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər
- 27.06.2024 [15:09]