Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı birdən qaldırma hərəkətində 114 kiloqramı, təkanla qaldırmada isə 140 kiloqramı başı üzərinə qaldıraraq birinci yeri tutub. O, toplam 254 kiloqram (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər atlet Allahverdi Qaragözov isə toplam 225 kiloqram (100+125) nəticə ilə 5-ci yeri tutub.
Hər iki idmançı yaşı 15-ə qədər olan atletlər arasında 89 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.
Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]