Neft Fondu indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 143,3 milyard dollar qazanıb

Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 143 milyard 366 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə AZƏRTAC-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, cari ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 160 milyon dollar vəsait daxil olub.
O cümlədən bu ilin yeddi ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. 2007-ci ildən bu vaxtadək isə bu rəqəm 2 milyard 703 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [11:43]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru
- 16.05.2025 [11:12]
DİM Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək
- 16.05.2025 [09:56]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 15.05.2025 [18:54]
Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
- 15.05.2025 [18:54]