İQTİSADİYYAT
Neft-qaz emalı və neft-kimya kompleksi layihəsi üzrə yeni optimallaşdırma tədqiqatının yekun təqdimatı olmuşdur
Bakı, 27 may (AZƏRTAC). Bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi üzrə yeni optimallaşdırma tədqiqatının yekun təqdimatı keçirilmişdir.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin və NQNK kompleksinin rəhbərliyinin, kompleksin texniki-iqtisadi əsaslandırması üzrə əsas podratçıları olan “Technip” və “UOP” şirkətlərinin, yeni optimallaşdırma tədqiqatı üzrə layihəni idarə edən şirkət olan “Fluor”un, eləcə də “Neftqazelmitədqiqatlayihə” və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutlarının əməkdaşlarının iştirak etdiyi görüşdə kompleksin yekun konfiqurasiyası və iqtisadi göstəriciləri təqdim olunmuşdur.
Tədbirin sonunda Neft-qaz emalı və neft-kimya kompleksi üzrə yekun konfiqurasiya tədqiqatı müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]